“Facebook” sosial şəbəkəsi ilin əvvəlindən 30% bahalaşıb

09-03-2011 / 01:51

“Facebook” sosial şəbəkəsi cari ilin əvvəlindən 30% bahalaşıb. “APA-ECONOMICS”in CNBC telekanalına istinadən hazırda onun dəyəri 65 mlrd. dollar təşkil edir.

Bu qənaətə “Facebook”un səhmlərinin 0,1%-ni almaq niyyətində olan “General Atlantic” investisiya fondunun nümayəndələri gəlib.

Bu il yanvarın sonunda “Facebook” səhmlərinin investorlara satışından 1,5 mlrd. dollar əldə edib. Bu məbləğin 1/3 hissəsi “Goldman Sachs” bankından və “DST Global” fondundan, daha 1 mlrd. dolları isə “Goldman Sachs”ın köməyi ilə ABŞ-dan xaricdə yaşayan investorlardan cəlb olunub.

Sosial şəbəkənin özü investisiyaların son raundundan sonra “Facebook”un biznesinin 50 mlrd. dollara çatdığını açıqlayıb. Bu göstərici “Yahoo!” və “eBay”ın bazar dəyərindən yüksək olsa da, “Google” və “Amazon.com”un kapitallaşma səviyyəsindən aşağıdır.

ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Komissiyası isə “Facebook” və “Twitter” kimi qapalı şirkətlərin qiymətli kağızlarla əməliyyatlarının ilkin araşdırılmasına başlayıb. Komissiya hesab edir ki, bu şirkətlər qeyri-şəffaf fəaliyyət göstərdiklərindən, maxinasiyalar üçün əlverişli məkan ola bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə