Azərbaycanın hüquq mühafizə orqanları ölkə prezidenti tərəfindən 10 ay əvvəl, 2011-ci ilin mayın 23-də “dövlət hakimiyyət orqanlarına elektron xodmətlərin göstərilməsi” ilə bağlı imzalanan sənədə baxmayaraq, əmri yerinə yetirməyə tələsmirlər.
Milli Təhlükəsizlik Nazirliyinin veb-saytında (mns.gov.az) Ermənistanın təcavüzü ilə bağlı, onun hüquqi əsasları və işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı informasiya yerləşdirilsə də, vətəndaşlar üçün electron xidmət yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi isə hətta belə bir veb-sayt yaratmaq zəhməti çəkməyib.
Prezidentin fərmanında dəqiq göstərilib ki, mərkəzi hakimiyyət orqanları elektron xidmət, xidmətin göstərilməsinə lazım olan sənədlərin siyahısı üçün internetdə xüsusi bölmə ilə rəsmi informasiyanın yaradılmasını üç ay müddətinə təmin etməlidir.
Bundan əlavə, ərizələrin və mühüm sənədləri surətini elektron əldə etmək üçün icraçı strukturlar elektron xidmət bölməsindən dəqiq və azad şəkildə istifadə etmək üçün şərait yaratmalıdırlar.
Agentlik həmçinin real zaman rejimi ilə göstərilən xidmətlər üçün nəzərdə tutulan ödənişlər, həmçinin şəxsi məlumatların təhlükəsizliyin təmin olunması üçün lazımi ölçülər, elektron xidmətlər vasitəsilə həyata keçirilən əməliyyatlar üçün elektron ödənişlər üsulunu təklif etməlidirlər.
Lakin Daxili İşlər Nazirliyi (mia.gov.az) isə “on-line ərizələr” bölməsini özündə əks etdirən az-çox layiqli sayt yaradıb. Lakin bu sayt vasitəsilə heç kim polis əməkdaşları ilə görüş təyin edə bilməz. Bura hələ elektron xidmətdən faktiki istifadəni daxil etmirik.