Abituriyentlərin “Elektron ərizə” qəbulu davam edir

20-04-2012 / 14:00
Sənəd qəbulu üzrə komissiya “Elektron ərizələr”in qəbuluna başlayıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat verib. 
Komissiyanın məlumatına görə, internet vasitəsilə 2012/2013-cü tədris ili üçün abituriyentlərin universitetlərə və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə artıq aprelin 10-dan başlayıb. 
Ərizələrin qəbulu prosesi mayın 16-da başa çatacaq. 
Qaydalara uyğun olaraq, ərizənin  verilməsindən sonra abituriyentlər 16 apreldən mayın 18-inə kimi təsdiqlənməsi üçün mühüm sənədləri Sənəd Qəbulu üzrə Komissiyaya təqdim etməlidir.  
Komissiyada təyin olunan vaxta qədər ərizələri qeydiyyatdan keçməyən abituriyentlər imtahana buraxılmayacaqlar. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə