Maarifləndirici internet televiziya yaradılır

03-12-2012 / 03:13
Dövlət televiziyası olan "Mədəniyyət"  kanalının maarifləndirici proqramları ünvanını dəyişə bilər.
 
Xeberler.az-ın məlumatına görə, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, gələn ildən  telekanalın “Təhsil” layihəsi start götürəcək. 
 
Təhsil sisteminin informasiyalandırması dövlət proqramının layihəsi çərçivəsində internetə qoşulan məktəblərin sayının artırılması, eyni zamanda proqramlar həm müəllimlər, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulduğu üçün telekanalın kütləvi  olması planlaşdırılır. Kanalda xəbərlər, müzakirələr və açıq dərslər olacaq. 
 
S.Məmmədovun sözlərinə görə, ilkin mərhələdə layihə çərçivəsində nazirlik veriliş və dərslərin portalda yerləşdirilməsi üçün çəkilişini sifariş edib, lakin gələcəkdə müəyyən studiyalarla müqavilənin bağlanması planlaşdırılır. Daha sonra isə prosesin bütün iştirakçılarını birləşdirəcək platforma yaradılacaq.
 
Xeberler.az
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə