Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları qüvvəyə minib

24-01-2013 / 00:04

Bir ayda 50% müsbət rəy alan «elektron hökumət» orqanının fəaliyyəti qeyri-məqbul sayılacaq. 70% toplayan «3», 90% - «4», ondan yüksək əla qiymət alacaq.

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun №9/14-01 əmrində (http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=28740) bildirilir ki, bununla bağlı dövlət orqanlarının elektron xidmətlərinin təşkili və göstəricisi üzrə illik plan və hazırlanacaq. Xərclər smetası da təsdiq edilib.

Qaydalara əsasən, bütün təşkilatlarda xidmətlər qiymətləndiriləcək. Qiymətləndirmənin aparılmasının məqsədləri elektron xidmətlərin təşkilinin sürətləndirilməsi; dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi; dövlət orqanlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət edilməsi;  dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış infrastruktura qoşulma prosesinə nəzarət edilməsi; dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsi prosedurunun (tələb olunan sənədlər və müddətlərlə bağlı) sadələşdirilməsi; bu sahədə modern və çevik idarəetmənin təmin edilməsi; dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasıdır.

Qiymətləndirmə 3 mərhələdə olacaq: məlumatların toplanması, sorğuların göndərilməsi; yerində baxışın həyata keçirilməsi.

Qiymət meyarları aşağıdakılardır: sistemin avtomatlaşdırılması, elektron xidmətlərin göstərilməsi ilə bağlı digər dövlət orqanlarının elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi; elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi; elektron xidmətin inzibati reqlamentinin olması. Xidmətin “elektron hökumət” (www.ehdis.gov.az) portalında mövcudluğu da nəzərə alınacaq. Həmçinin saytın  elektron xidmətlər bölməsində sənəd nümunələrinin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi və şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi; sənədləri elektron formada göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi; elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçilərin məlumat almaq imkanlarının mövcudluğu; elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada ödənilməsi imkanının mövcudluğu da vacib sayılır.  

 Tam uyğunluq 2, qismən uyğunluq 1, uyğun gəlməmə  0 balla qiymətləndirilir. Qaydalar 18 yanvar 2013-cü ildən qüvvəyə minir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə