Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

16-08-2013 / 12:02
"ENGINET" şirkəti Azərbaycanda ilk dəfə olaraq uşaqlar üçün "Təhlükəsiz İnternet" xidmətini təklif edir.  "ICTnews"  elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət uşaqları təhlükəli saytlardan mühafizə etmək məqsədilə yaradılıb.
Filtrasiyanın əsas istiqamətlərini pornoqrafiya, əxlaqsız leksika, zorakılıq, ekstremizm və s. təşkil edir.
"ENGINET" şirkəti bu xidməti  təhlükəsizlik sistemi üzrə dünya lideri olan "Websense" şirkətinin təminatı altında göstərir.
Məlumat üçün bildirək ki, abunəçilər 1, 2, 3 və 4 Mbit/s sürətlə təhlükəsiz genişzolaqlı internetdən istifadə üçün müvafiq olaraq  10, 12, 15 və 18 manat məbləğində aylıq abunə haqqı ödəməlidir.
Bununla yanaşı, 5, 6 və 8 Mbit/s sürətlə genişzolaqlı internet xidməti müvafiq olaraq 25, 30 və 35 manat tarifi ilə təqdim edilir.
(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə