Multimedia Mərkəzi müsabiqəyə start verdi

20-10-2014 / 20:59

Multimedia Mərkəzi “Onlayn Media” müsabiqəsinə start verib.

Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiqini araşdıran, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalist və bloqçular iştirak edə bilər.

Müsabiqəyə 01 sentyabr-15 noyabr 2014-cü il tarixədək dərc edilən yazılar qəbul olunur. Materialların qəbulu noyabrın 20-dək həyata keçiriləcək.

Müsabiqəyə təqdim olunan yazıların Onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar  və s.) dərc olunması vacibdir. Müsabiqəyə təqdim olunan materialın orijinalı Azərbaycan dillində, yazı mətninin həcmi isə 4.500 – 5.500 işarə arasında olmalıdır.

Müsabiqədə 1-ci , 2-ci və 3-cü yerləri tutanlara və fərqlənənlərə diplom və qiymətli hədiyyələr təqdim olunacaq. Qalib gələn yazılar Layihənin saytında (www.telim.org) dərc olunur.

Müsabiqənin təxmini mövzuları:

1. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu;

2.Ölkidə İKT -nin, mobil texnologiyaların inkişafı;

3.Elektron hökumət və vətəndaş cəmiyyəti;

4.Elektron xidmətlərin analizi;

5.Elektron xidmətlərə keçid

6. Ekektron hökumət və sosial media və s.

Müsabiqə çərçivəsində artıq ikinci ildir keçirilən Twitter mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da təşkil olunur. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin sahibləri - mikrobloqçular olacaq.

Müsabiqət’qdim olunacaq bu tip tvitlər 01 sentyabr-15 noyabr tarixədək yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır:

Layihə çərçivəsində tələbələr arasında da Twitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.

Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil, distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini Twitter şəbəkəsində açıqlamalıdırlar.

Tvitlər 01 sentyabr-15 noyabr müddətində #etehsil həştəqi ilə yazılmalıdır.

Müsabiqəni Multimedia Mərkəzi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirir.

Müsabiqə haqqında daha geniş məlumatı : http://telim.org/onlayn-media-2014-musabiq%C9%99si/linkindən əldə etmək olar.

Multimedia Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5.
Tel. 012 492 44 44
www.telim.org
[email protected]

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.