İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı yerli sahibkarların beynəlxalq elektron ticarət platformalarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə ekspertlərin iştirakı ilə "E-ticarət: Qlobal Bazarlara Çıxış" mövzusunda dəyirmi masa təşkil edir. Tədbir həm rəqəmsal ixraca yeni başlayanlar, həm də mövcud satışlarını qlobal miqyasda böyütmək istəyən sahibkarlar üçün nəzərdə tutulub.
Xeberler.az bildirir ki, görüş çərçivəsində qlobal e-ticarət ekosisteminin aparıcı platformaları olan “Amazon”, “eBay”,“Etsy” və “Alibaba” vasitəsilə satış, “Payoneer” kimi beynəlxalq ödəniş sistemlərinin inteqrasiyası və transsərhəd logistika məsələləri praktiki müstəvidə müzakirə olunacaq.
Tədbirin əsas spikeri Amazon “Ambassador” və “Navishopper” şirkətinin baş icraçı direktoru Günel Ağazadədir. O, Amazon platformasında 15 ölkə üzrə əməliyyat rəhbəri kimi fəaliyyət göstərmiş, Meksika, Braziliya, İsveç və Polşa bazarlarında onlayn mağaza açılışlarını idarə edib.
“MeetUp Networking Club”un tərəfdaşlığı ilə həyata keçirilən dəyirmi masada həmçinin beynəlxalq logistika və rəqəmsal marketinq sektorlarını təmsil edən yerli şirkətlərin mütəxəssisləri iştirak edəcəklər. Müzakirələr zamanı sahibkarların sualları real nümunələr əsasında cavablandırılacaq və beynəlxalq satışda qarşıya çıxan maneələrin həlli yolları təqdim olunacaq.
Tədbir 24 iyun 2026-cı il saat 10:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında baş tutacaq. İştirak ödənişsizdir. Auditoriya ilə fərdi işin və müzakirələrin effektivliyinin təmin edilməsi məqsədilə iştirakçı sayı 35 nəfərlə məhdudlaşdırılıb. Yerlər məhdud olduğu üçün ayrılmış kvota dolduqda qeydiyyat prosesi avtomatik olaraq dayandırılacaq.
Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları