Previous Next
Bağla

İİTKM Dünya Bankının süni intellekt üzrə hesabatının hazırlanmasına töhfə verib

19-06-2026 12:13
İİTKM Dünya Bankının süni intellekt üzrə hesabatının hazırlanmasına töhfə verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) World Bank tərəfindən hazırlanan “Dünya İnkişaf Hesabatı 2026: İnkişaf üçün Süni İntellekt” (World Development Report 2026: Artificial Intelligence for Development) adlı flaqman nəşrin beynəlxalq məsləhətləşmə prosesində iştirak edib.

Xeberler.az bildirir ki, qlobal iqtisadi inkişaf və dövlət siyasəti sahəsində ən nüfuzlu analitik nəşrlərdən biri hesab olunan hesabat süni intellektin inkişaf etməkdə olan ölkələr üçün yaratdığı imkan və çağırışları qiymətləndirir.

İİTKM hesabatın hazırlanması çərçivəsində məsləhətləşmələrə cəlb olunan nüfuzlu beynəlxalq təşkilatlar, dövlət qurumları, tədqiqat mərkəzləri, inkişaf tərəfdaşları və aparıcı texnologiya şirkətləri sırasında yer alıb. Prosesdə OpenAI, Microsoft, Google, Meta, NVIDIA, Amazon, Anthropic, eləcə də International Monetary Fund, Organisation for Economic Co-operation and Development, International Telecommunication Union, Asian Development Bank, African Development Bank, European Bank for Reconstruction and Development, UNICEFUnited Nations Development Programme kimi qurumlar iştirak ediblər.

İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Rashad Najafli bildirib ki, süni intellekt iqtisadi artımın sürətləndirilməsi, məhsuldarlığın artırılması, sahibkarlığın təşviqi, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və qərarqəbuletmə proseslərinin təkmilləşdirilməsi baxımından mühüm potensiala malikdir.

Onun sözlərinə görə, hesabatda xüsusilə vurğulanır ki, inkişaf etməkdə olan ölkələrin süni intellektdən faydalanması üçün mütləq şəkildə qabaqcıl AI modelləri yaratması tələb olunmur. Əsas məsələ mövcud texnologiyaların yerli dillərə, şəraitə və inkişaf prioritetlərinə uyğunlaşdırılması, eləcə də onların səmərəli tətbiqidir.

Dünya Bankının qiymətləndirməsinə əsasən, süni intellekt inkişaf etməkdə olan ölkələrdə işçi qüvvəsini əvəz etməkdən daha çox onun imkanlarını genişləndirəcək, məhsuldarlığın və xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.

Hesabatda rəqəmsal infrastrukturun inkişafı, institusional potensialın gücləndirilməsi, məlumatların effektiv idarə olunması və insan kapitalının formalaşdırılması süni intellektdən uğurlu istifadənin əsas şərtləri kimi göstərilir. Eyni zamanda, AI texnologiyalarının dövlət qurumlarına proqnozlaşdırma imkanlarını genişləndirmək, resurslardan daha səmərəli istifadə etmək, şəffaflığı və hesabatlılığı artırmaq, eləcə də vətəndaşyönümlü xidmətlərin keyfiyyətini yüksəltmək imkanı verdiyi qeyd olunur.

Rəşad Nəcəfli vurğulayıb ki, Dünya Bankının hesabatı süni intellektin təkcə texnoloji yenilik deyil, həm də inkişafın yeni mühərriki kimi qiymətləndirildiyini nümayiş etdirir. Onun sözlərinə görə, İİTKM-in bu prosesdə iştirakı Azərbaycanın rəqəmsal transformasiya, sübuta əsaslanan siyasət formalaşdırılması və məlumat əsaslı idarəetmə sahəsində əldə etdiyi təcrübənin beynəlxalq səviyyədə artan tanınmasının göstəricisidir.

Qeyd edək ki, İİTKM ölkədə süni intellektin dövlət idarəçiliyində tətbiqi istiqamətində aparıcı qurumlardan biridir. Mərkəz strateji dövlət proqramları, strategiyalar və fəaliyyət planlarının monitorinq və qiymətləndirilməsini mərkəzləşdirilmiş “Smart Vahid Elektron Hesabatlılıq Platforması” vasitəsilə həyata keçirir. Platformada məlumatların toplanması, emalı, təhlili, risklərin müəyyənləşdirilməsi, nəticələrin qiymətləndirilməsi və qərarqəbuletmənin dəstəklənməsi məqsədilə süni intellekt texnologiyalarından geniş istifadə olunur.

İİTKM-in məlumat əsaslı idarəetmə və süni intellektin dövlət sektoruna inteqrasiyası sahəsində əldə etdiyi nəticələr beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.

 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025
İİTKM ali mükafata layiq görülüb

İİTKM ali mükafata layiq görülüb

17-06-2025
İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025
İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025
İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025
Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına  yüksəlib.

Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib.

19-09-2024
İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025
“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026
İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

03-03-2026
İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

23-09-2025
İİTKM və Dünya Bankı  təlimlərə başlayıb

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018
İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025
İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025
İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025
İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

25-04-2025
İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025
Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025
Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025
Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

15-05-2026
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir

20-04-2021
Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026
Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə