Mobil cihazların IMEI qeydiyyatı üçün vətəndaşlar noyabrın 1-dən pul ödəməli olacaqlar.
Xeberler.az mincom.gov.az
saytına istinadla bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil
cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə
alınaraq, 2014-cü il noyabrın 1-dən şəxsi istifadə, satış və digər
sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı
aşağıdakı qaydada ödənişli təşkil edilir:
Şəxsi istifadə məqsədi ilə ölkəyə
gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı- 5 (beş) manat,
Satış və digər sahibkarlıq fəaliyyəti
məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin
qeydiyyatı-0.20 manat.
Qeydiyyat prosedurunun
operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən
mobil cihazların qeydiyyatı www.e-gov.az və www.imei.az saytları vasitəsilə,
eləcə də poçt şöbələrində aparılır. Qeydiyyat proseduru tam avtomatlaşdırılmış
və 2 (iki) iş günündən 24 saat müddətinə endirilib.
Mobil cihazın qeydiyyatda
olub-olmadığını mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS
göndərməklə, www.imei.az
saytı vasitəsi ilə və ya “1677” çağrı mərkəzinə zəng etməklə müəyyənləşdirmək
mümkündür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri