Foursquare ilə Twitter birlikdə çalışacaq

18-12-2014 / 13:23

Twitter sosial şəbəkəsi istifadəçinin yerini müəyyən edən Foursquare şəbəkəsi ilə gücünü birləşdirmək niyyətindədir. Məlumatı Business Insider dərgisi yayıb.

İndiyəcən Twitter istifadəçinin şəbəkəyə daxil olarkən olduğu məkanı, onun özünün göstərdiyi yeri təyin edə bilirdi. Foursquare ilə birlikdə çalışacaq Twitter artıq hər bir tvitin yazıldığı konkret yeri təyin edə biləcək. Bu sosial şəbəkəyə hər istifadəçi və onun yerləşdiyi məkana uyğun reklam formalaşdırmağa imkan verəcək.

Twitter və Foursquare sosial şəbəkələri məlumatı rəsmən təsdiqləməyiblər. /lenta.ru/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə