Daha bir neçə kredit təşkilatı elektron arayışla kreditlərin verilməsinə başlayacaq
"Elektron Hökumət" portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətindən faydalanan bankların sayı artacaq.
Yaxın zamanda isə "İnkişaf üçün maliyyə" Qeyri-Bank Kredit Təşkilatı, "Rabitəbank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "AGBank" ASC və bir sıra digər banklar bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər.
Hazırda "Elektron Hökumət" portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətindən real rejimdə "Unibank" ASC, "Accessbank", "Bank of Baku", "Bakı Ticarət Bankı", "Muganbank" ASC,"Bank Respublika" ASC faydalanmaqdadır.
"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti iş yerinizdən fiziki şəkildə arayış gətirmədən banklara kredit almaq üçün müraciət etmək imkanı verir. Bu xidmət sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilirlər.(Marja)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri