Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi daha bir birgə layihə həyata keçirib.
Mərkəzdən verilən məlumata görə, Naxçıvan MR ərazisində işləyən CDMA (simsiz) telefonlardan CDMA telefonlara, ölkə daxilindəki və xaricdəki mobil telefonlara SMS göndərilməsi xidməti istifadəyə verilib.
Artıq Naxçıvan MR ərazisində işləyən CDMA telefon abunəçiləri ölkə daxilində CDMA telefonlara, ölkə daxilindəki və xaricdəki mobil telefonlara SMS göndərə biləcəklər. Qəbul edilmiş tariflərə əsasən “Naxtel” CDMA mərkəzindən daxili CDMA şəbəkəsinə göndərilən hər bir SMS-in qiyməti 2 qəpik, ölkə daxilindəki mobil telefonlara göndərilən hər bir SMS-in qiyməti 3 qəpik, beynəlxalq istiqamətlərə göndərilən hər bir SMS-in qiyməti isə 5 qəpik müəyyən edilib.
Göndərilən SMS-lər üzrə qeydiyyat məlumatları hər gün daxili şəbəkə ilə Məlumat Hesablama Mərkəzinin serverlərinə ötürülür və həmin gün emal olunur. Beləliklə, abunəçilər göndərdikləri SMS-lərin xidmət haqlarını növbəti gün bütün poçt şöbələrində və internet vasitəsilə ödəyə bilirlər.
Bununla da, respublikada ilk dəfə Naxçıvan MR-də CDMA telefon abunəçiləri SMS göndərmək və qəbul etmək xidmətindən faydalana biləcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri