“20 Yanvar. Əsrin dörddə biri keçdi...” adlı disk hazırlanıb

20-01-2015 / 23:47

Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində “1905.az studio”  “20 Yanvar. Əsrin dörddə biri keçdi...” adlı  proqram hazırlayıb.
1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru  Fuad Babayevdən aldığımız məlumata görə proqram, 12 dildə fəaliyyət göstərən saytın eyni adlı diskussiya klubunda keçirilmiş növbəti müzakirə zamanı çəkilib.

Publisist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndərin, şəhid Ülvi Bünyadzadənin yaxını, jurnalist Almaz Ülvinin, jurnalist-fotoqraf, 20 Yanvar hadisələrini bilavasitə lentə köçürən Fərid Xayrulinin, 20 Yanvar mövzusunda bir sıra rəngkarlıq əsərlərinin müəllifi, rəssam Nadir Bayrışovun və siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin iştirak etdikləri müzakirədə Qara Yanvarın Azərbaycan tarixində oynadığı rol təhlil edilib. Müzakirə iştirakçıları öz xatirələrini bölüşüblər.

Disk şəklində də buraxılmış “20 Yanvar. Əsrin dörddə biri keçdi...” proqramına  1905.az portalında baxmaq mümkündür.

Qeyd edək ki, 1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir.

Portal AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə ötən ilin martında yaradılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.