Moskvada “Təhsil: Strategiya 2020” adlı beynəlxalq sərgi keçirilib

18-03-2009 / 12:00

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Təhsil: Strategiya 2020” adlı beynəlxalq sərgidə iştirak edib.

 ADU-nun mətbuat xidmətindən verilən məlumata əsasən, bu əlamətdar beynəlxalq tədbirdə Rusiyanın müxtəlif ali təhsil ocaqlarının rəhbərləri və nümayəndələri ilə yanaşı, Almaniyanın Münhen Universitetinin professoru Helmut Tsopl, Auqsburq Universitetinin professoru Anton Oyba, Bavariya Təhsil Nazirliyinin şöbə müdiri Helmut Vittman da iştirak ediblər.

Sərgi ilə paralel olaraq, eyniadlı beynəlxalq konfrans da keçirilib. Tədris prosesində innovasiyalar, təhsildə informasiya texnologiyalarının tətbiqi, tədrisdə istifadə olunan elmi ədəbiyyat mövzularında dəyirmi masalar keçirilib, təqdimatlar nümayiş edilib.SIA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə