Azərbaycan Dillər Universiteti (ADU) ilə “British Council” arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Ali məktəbin mətbuat xidmətinin verdiyi məlumata görə, tədbirdə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov, “British Council”un Bakı ofisinin direktoru Nikol de Laluvyer və ofisin nümayəndələri, həmçinin Universitetin professor-müəllim heyəti iştirak edib.
Səməd Seyidov bildirib ki, “British Council” ilə ADU arasında qarşılıqlı əməkdaşlıq əlaqələri yüksək səviyyədə davam edir: “ADU-da yeni fəaliyyətə başlayan “Təlimdə innovativ metodlar” kafedrası “British Council” ilə birgə təşəbbüs irəli sürüb. Bu yalnız dil öyrənməklə deyil, dil öyrədənlərin metodikası ilə bağlı təşəbbüsdür. Universitetimiz üçün çox vacib bir addımdır”.
“British Council”un Bakı ofisinin direktoru Nikol de Laluvyer ADU ilə əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, bugünkü müqaviləni ADU-da aparılan islahatların bir davamı kimi qiymətləndirir: “ADU ilə əməkdaşlığımız daha da yüksələcək. Bu müqavilə ADU-da tədris prosesinin yüksək səviyyədə olmasını bir daha göstərir”.
Tərəflər arasında imzalanan 16 maddədən ibarət müqavilənin məqsədi Azərbaycan Dövlət və özəl universitetlərində müasir metodologiyanı tətbiq etməklə İngilis dili tədrisinin keyfiyyətini inkişaf etdirmək, “İngilis dili müəllimlərinin metodoloji testi” adlı (TKT) kursunu ali məktəblərdə pedaqoji təcrübə keçən tələbələr, müəllimlər üçün ixtisasartırma və təkmilləşdirmə kursu kimi tətbiq edərək İngilis dili və başqa fənn müəllimləri üçün qiymətləndirmə sistemi kimi istifadə etməkdir.
Layihə 2009-cu ilin oktyabr ayından etibarən Azərbaycan Dillər Universiteti ilə (ADU) “British Council” arasında birgə müəyyən olunmuş vaxt çərçivəsində ADU tərəfindən həyata keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri