“Mozilla”ya baş direktor təyin edildi

15-10-2010 / 19:52

Şirkət rəqabətə hazırlaşır

“Firefox” açıq brauzerinin tərtibatçısı “Mozilla” şirkəti Qeri Kovaçın baş direktor vəzifəsinə təyin olunduğunu açıqlayıb.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniyanın ən iri proqram təminatı istehsalçısı SAP şirkətinin mobil işləmələr üzrə baş vitse-prezidenti vəzifəsində çalışan Qeri Kovaç proqram təminatının işlənib hazırlanması sahəsində geniş təcrübəyə malikdir.


SAP-dan əvvəl o, proqram təminatı istehsalçısına məxsus “Sybase” şirkətində çalışıb. 2003-2008 illər ərzində Qeri Kovaç “Macromedia” və “Adobe” kimi iri şirkətlərdə müxtəlif vəzifələrdə işləyib.


Analitiklər hesab edir ki, yeni baş direktor “Mozilla”ya şirkətin “Google” Chrome” və “Apple Safari” tərəfindən qarşılaşdığı fəal rəqabət fonunda təyin edilib. Bundan əlavə, çox güman ki, Qeri Kovaç qarşısında “Firefox”un mobil platformalara, ilk növbədə “Android” və “Symbian” əməliyyat sistemlərinə inteqrasiyasına dair məsələ qoyulacaq. Çoxları hesab edir ki, məhz mobil işləmələr sahəsində təcrübə Qeri Kovaçın yeni vəzifəyə təyin olunmasına başlıca səbəb olub.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə