“MPAY” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişdirərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi prosesinə başlayıb.
Xeberler.az bildirir ki, şirkətin bununla əlaqədar olaraq, sahib olduğu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyata alınmış dövlət qeydiyyat nömrəsi AZ1002022130 olan 1,000.00 AZN nominal dəyərli, ümumi 1000 sayda səhmləri dövriyyədən çıxarılır.
Qeyd edək ki, “MPAY” QSC Azərbaycanda ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş şirkətə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 11 iyul 2024-cü il tarixli qərarı ilə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün müddətsiz lisenziya verilmiş və o, elektron ödənişlər, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində ixtisaslaşıb.
“MPAY” hazırda özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və “MPAY” elektron pulqabı/onlayn ödəniş platformasını özündə birləşdirir. Şirkət, həmçinin mpay.az veb-saytı və “MPAY” mobil tətbiqi vasitəsilə istifadəçilərə müxtəlif ödəniş xidmətləri təqdim edir. “MPAY”in Azərbaycan daxilində bir neçə filialı və ödəmə məntəqəsi mövcuddur. Şirkətin əsas məqsədi müştərilərinə hər yerdə rahatlıqla xidmət göstərməkdir.
“MPAY” QSC-nin ödəniş köşkləri şəbəkəsi Bakı, Abşeron və Sumqayıt bölgələrində 1 700-dən artıq, ölkə üzrə isə 3000-ə qədərdir. Bu köşklər vasitəsilə istifadəçilər kommunal xidmətlər, mobil rabitə, internet, kabel televiziyası, bank xidmətləri və digər ödənişləri sürətli həyata keçirə bilərlər. 2024-cü ilin sentyabr ayında "MPAY" terminalları Naxçıvan Muxtar Respublikasında da fəaliyyətə başlamışdır. Bu, şirkətin ödəniş xidmətlərinin ölkənin bütün ərazisini əhatə etdiyini göstərir.
“MPAY” QSC Azərbaycanın ən qabaqcıl ödəniş və maliyyə xidmətləri şirkətlərindən biri olmağı hədəfləyir, müştərilərinə təhlükəsiz, innovativ və rahat maliyyə həlləri təqdim etməyə çalışır. Şirkət regionda maliyyə sistemlərinin inkişafına töhfə verməyi və öz xidmətlərini beynəlxalq bazara təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, “MPAY” QSC təsis edilən zaman nizamnamə kapitalının həcmi ilkin olaraq, 2 min manat həcmində müəyyənləşdirilib. 2024-cü ilin iyun ayında isə şirkət nizamnamə kapitalını 1 mln manata qədər artırıb.
Şirkət mütəmadi olaraq öz müştərilərini və maraqlı tərəfləri bu barədə məlumatlandırmaq, həmçinin bütün hüquqi prosedurların düzgün həyata keçirildiyini bildirmək məqsədilə mətbuatda məlumat yayımlayır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları