Previous Next
Bağla

MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

16-11-2009 17:15
MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

Zeynal Məmmədli: “Qurum yaradıcılıq müstəvisinə müdaxilə edə bilməz”

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli telekanallarda şou proqramlarla bağlı vəziyyətin son günlər yenidən əvvəlki duruma qayıtdığını bildirib. Sədr bu səbəbdən də inzibati metodlara əl atmağa məcbur olduqlarını deyib. Onun sözlərinə görə, əgər şura inzibati metodlara əl atsa, telekanallar bundan zərər çəkəcək.

“Mən bununla onları qorxutmaq istəmirəm. Hələ ki, kanallara tövsiyələr verilir. Əgər şou proqramlarla bağlı vəziyyət belə davam eləsə, telekanallara elə zərbə dəyə bilər ki, həmin proqramlardan əldə etdikləri gəlirlər də heç olar. ”Televiziya və radio yayımı haqqında" qanundakı müəyyən maddələri tətbiq etsək, telekanalların vəziyyəti o qədər də yaxşı olmaz. Bu məsələ artıq şurada müzakirə olunur".

Maraqlıdır, sözügedən qurum belə bir addım ata bilərmi? Qanunvericilik buna imkan verirmi?

Media mütəxəssisi Zeynal Məmmədli bildirdi ki, bu açıqlama ilə bağlı bir neçə versiya səsləndirmək olar. Onun sözlərinə görə, ilkin variant MTRŞ-nin həqiqətən də nəsə etmək, bəzi şeyləri düzəltmək istəməsi, amma televiziya sahiblərindən çəkinməsidir. İkinci variant isə qurum rəhbərliyinin telekanalları cəzalandırmaq hüququnun olmadığını bilməsidir: “Qanunla bu qurum televiziyaların yaradıcılıq müstəvisinə müdaxilə edə bilməz. Onlar qanundan kənara çıxsalar, cəzalandırma baş verə bilər. Yəni dövlət sirrini yaysalar, müharibə təbliğatı ilə məşğul olsalar, şuranın ixtiyarı çatır ki, onları cəzalandırsın. Əks halda isə yaradıcılıq məkanında qeyri-professional müdaxilə gerçəkləşdirmiş sayılır ki, buna da ixtiyarı yoxdur”.

Bütün hallarda, reallıqlar və mənzərə MTRŞ-ın telekanalları cəzalandıra bilməyəcyini göstərir. Belədirsə, N.Məhərrəmlinin açıqlaması nəyə hesablanıb? Z.Məmmədlinin fikrincə, ortada çətin situasiya var. Müsahibimiz telekanalların tam nəzarətdə olduğunu və sözügedən açlqlamanın da onlara nəzarət edən şəxslərin eşitməsi üçün nəzərdə tutulduğunu düşünür: “Ən ağlabatan versiya isə elektron media ilə bağlı daha sərt mexanizmlərin tətbiq olunacağıdır. Halbuki təzyiq nəticəsində telekanallar daha çox səhvə yol verə bilərlər. Futbol komandasının baş məşqçisi futbolçuları nə qədər çox danlayırsa, onlarla nə qədər kobud rəftar edirsə, futbolçular bir o qədər pis oynayırlar”.

Z.Məmmədli sonda onu da dedi ki, yaranmış situasiya ilə bağlı ən ağlabatan izahat isə görüntü yaratma cəhdidir. Müsahibimizin sözlərinə görə, ictimaiyyətdə televiziyalarla bağlı narazılıqların, gərginliyin çox olduğunu görən hakimiyyət “gəlin imitasiya edək ki, nəsə edirik” taktikasını yeridir. Ekspert hesab edir ki, əks halda bu tənqidlərin bir nəticəsi olmalıydı.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

13-11-2009

MTRŞ sədri telekanalları tənqid etdi

11-02-2011

Milli Televiziya və Radio Şurasının fəaliyyəti ilə əlaqədar araşdırmalara başlayıb

03-10-2009

Milli Teleradio şurasının səlahiyyətləri artırılarsa nə ola bilər?

09-10-2009

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009

“Yerli telekanalların xəbər redaksiyaları ekstremal situasiyalara hazır deyil!”

23-05-2009

Televiziya və radio aparıcıları üçün təlim kursu keçirilib

06-11-2009

«Tezliklərin MTRŞ-in yox, Radiotezliklər İdarəsinin nəzarətində olması anlaşılmazdır»

22-04-2010

“Telekanalların özlərindən sosial reklam vermək vəzifəsi yoxdur”

13-04-2016

Teleradio Şurası telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib

03-10-2009

MTRŞ Ramiz Mehdiyevin məqaləsini müzakirə etdi

07-10-2009

İki yeni telekanal açılacaq

20-09-2011

Nuşirəvan Məhərrəmlinin yerli televiziyalardan narazılığı davam edir

30-10-2009

Gələn il serialların çəkilməsi üçün ayrılan vəsait artırılacaq

01-11-2011

MTRŞ-dan telekanallara xəbərdarlıq

10-10-2016

MTRŞ-də teleradio aparıcıları üçün treninq kurs təşkil edilib

30-10-2009

MTRŞ “Ekstremal situasiyalarda telekanalların rolu” mövzusunda tədbir keçirəcək

12-05-2009

Sabah MTRŞ-nin iclası keçiriləcək

11-02-2009

MTRŞ sədri telekanallarda əyləncəli verlişlərin çoxluğundan narahatlığını dilə gətirib

16-09-2009

Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

21-01-2009

Nuşirəvan Məhərrəmli yenidən MTRŞ-ın sədri seçilib

23-01-2009

Nuşirəvan Məhərrəmli “Azadlıq” radiosu haqda nə dedi?

03-12-2010

“Televiziya və Radio Yayımı qanunvericiliyi” mövzusunda dəyirmi masa keçirilib

05-06-2009

ANS-MTRŞ qarşıdurması ekspertlərin şərhi ilə

20-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə