Previous Next
Bağla

Milli Teleradio şurasının səlahiyyətləri artırılarsa nə ola bilər?

09-10-2009 17:10
Milli Teleradio şurasının səlahiyyətləri artırılarsa nə ola bilər?

Zeynal Məmmədli: “Bu, bizi geriyə aparacaq”

Xeberler.az bildirir ki, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli rəhbəri olduğu qurumun səlahiyyətlərinin artırılmasını təklif edib. Sözügedən təklif Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin telekanallarla bağlı tənqidi məqaləsinin müzakirəsinə həsr olunan tədbirlərdə də səslənib. Maraqlıdır, bu təklif həyata keçsə, bunun elektron mediaya nə kimi ziyanı və ya xeyri ola bilər? MTRŞ-in əlinə administrativ cəza metodlarının verilməsi problemi həll edə biləcəkmi?Media eksperti Zeynal Məmmədli bildirdi ki, belə bir təklifin gündəmə gəlməsi hələ də sovet adamı şüurunu içimizdən çıxara bilməməyimizin nəticəsidir.

Onun sözlərinə görə, bu cür adamlar səlahiyyətlərini artırmaqla televiziyalardakı problemləri həll etməyin mümkünlüyünə inanırlar. Müsahibimiz inzibati idarəetməni seçmək, cəzaları artırmaqla söz və mətbuat azadlığının məhdudlaşdırılacağına inanır: “Milli Teleradio Şurası kimi təcrübəsiz bir quruma hakim statusunun verilməsi doğru deyil. Onun səlahiyyətlərinin artırılması bizi geriyə doğru aparacaq. Sərbəst bazar yoxdursa, bəzi məsələlər necə müəyyənləşəcək? Bizim televiziya bazarı nə qədər qapalı olsa da, insanlar buna öz reaksiyasını göstərdi: onları yox, peyk kanallarını seçdi. Bəs onda bu reklamlar həmin kanallara necə gəlib çıxıb? Bazar cəzalandıra bilərsə, Milli Teleradio Şurasının cəzasına nə ehtiyac var?”

Z.Məmmədli bu gedişlə MTRŞ-ə “xalq artisti” statusunu paylama səlahiyyəti veriləcəyinə də inanır. Müsahimiz bu məsələdə MTRŞ-in özünü Türkiyədəki analoji qurum - Radyo Televizyon Üst Kurulu (RTÜK) ilə müqayəsi etməsini də yersiz sayır. Onun sözlərinə görə, Türkiyədə bizdəkindən qat-qat artıq sayda televiziya var və onlarçün normal bazar şərtləri yaranıb: “Əsas da odur ki, onların həmin para cəzasını kompensasiya etmək imkanı var. Bizdə isə sərbəst bazar olmayınca bu problemdən çıxış yolu da olmayacaq”.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda teleaparıcıların peşəkarlığı üçün akademiyanın yaradılmasına ehtiyac var

19-11-2009

MTRŞ səlahiyyətlərinin artırılmasını istəyir

06-06-2009

MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

16-11-2009

Televiziya və radio aparıcıları üçün təlim kursu keçirilib

06-11-2009

Sabah MTRŞ-nin iclası keçiriləcək

11-02-2009

Milli Teleradio Şurası telekanalların monitorinqini gücləndirib

23-10-2009

Nuşirəvan Məhərrəmli yenidən MTRŞ-ın sədri seçilib

23-01-2009

MTRŞ Ramiz Mehdiyevin məqaləsini müzakirə etdi

07-10-2009

Gələn il serialların çəkilməsi üçün ayrılan vəsait artırılacaq

01-11-2011

Nuşirəvan Məhərrəmli “Azadlıq” radiosu haqda nə dedi?

03-12-2010

Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

13-10-2009

İki yeni telekanal açılacaq

20-09-2011

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009

ANS-MTRŞ qarşıdurması ekspertlərin şərhi ilə

20-06-2009

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016

MTRŞ sədri telekanalları tənqid etdi

11-02-2011

Azərbaycanda 90 faiz rəqəmsal yayıma keçid gerçəkləşəcək

27-09-2011

«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur»

22-04-2010

Teleradio Şurası telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib

03-10-2009

MTRŞ qərarını geri götürdü- “Hesabat” verilişinin yayımı bərpa edildi

23-01-2016

“Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub

08-10-2009

“Avropa+” radiosu bağlandı

30-12-2008

"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010

Nuşirəvan Məhərrəmlinin yerli televiziyalardan narazılığı davam edir

30-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə