Previous Next
Bağla

Müdafiə Nazirliyindən ermənilərin xaker hücumu iddiasına cavab

24-04-2015 14:12
Müdafiə Nazirliyindən ermənilərin xaker hücumu iddiasına cavab

Ermənilər Azərbaycan Müdafiə Nazirliyini onların internet saytlarına xaker hücumları təşkil edərək təxribat xarakterli materiallar yerləşdirməkdə, daha sonra həmin materiallara istinad edən KİV-lərimizi isə qeyri-peşəkarlıqda ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, nazirliyin ermənilərin iddia etdikləri məsələlərə heç bir aidiyyatı yoxdur: “Biz belə işlərlə məşğul olmuruq. Müdafiə Nazirliyi erməni saytlarına heç bir xaker hücumu təşkil etmir. Biz düşməni silahımızla cəzalandırırıq. Əksinə, ermənilər bizim saytlara qarşı intensiv xaker hücumları təşkil edirlər və bunu etiraf da edirlər. Yeri gəlmişkən, ermənilər bir neçə gün bundan əvvəl xəbər yaymışdılar ki, Azərbaycan tərəfi guya xaker hücumunun həyata keçirməyi planlaşdırır. Amma özləri bu günlərdə Azərbaycan və Türkiyənin 300-ə yaxın saytına xaker hücumu təşkil ediblər”.

Polkovnik V.Dərgahlı qeyd edib ki, ermənilər KİV-lərdə Ermənistan ordusundakı neqativ hallar, cəbhədəki vəziyyət, eləcə də ordudakı itkilərlə bağlı məlumatları özləri yerləşdirirlər. Amma sonra ya qəsdən, ya da hərbi-siyasi rejimin müxtəlif yollarla təzyiqi altında bu məlumatları saytlardan çıxarırlar. Onlar vəziyyəti yalanla ört-basdır edərək situasiyanı başqa cür təqdim etməyə çalışırlar: “Nəhayət, ermənilər özləri boyunlarına aldılar ki, həqiqətən bir neçə gün əvvəl partlayan avtomobil onlarındır. Əvvəl deyirdilər ki, vurulan helikopter də Ermənistana məxsus deyil, 6 nəfərin minaya düşüb ölməsini də boyunlarına almırdılar, snayperimizin iki nəfər erməni hərbçisini vurmasına dair video kadrların da həqiqiliyini qəbul etmirdilər. Amma sonra hamısı təsdiqləndi. Müdafiə naziri Seyran Ohanyanın Azərbaycana könüllü əsir düşən əsgərin ailəsinə problemlər yaratdığını gizlətməyə çalışırdılar, amma axırda yerli əhali özü ayağa qalxdı. Bundan əlavə, deyirdilər ki, azərbaycanlılar özləri öz kəndlərini atəşə tuturlar. Ona görə də ermənilərin bu yalanlarına uymaq lazım deyil. Biz artıq onların belə dezinformasiyalarına öyrəncəliyik və bu kimi hallara qarşı lazım olan bütün önləyici tədbirlərimizi də görmüşük. Ermənilərin həm cəbhədə, həm də informasiya məkanındakı bütün təxribatlarının qarşısını alacağıq”.(trend)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan saytlarına erməni xakerlərin yeni hücumu

30-06-2015

İnformasiya saytlarına güclü xaker hücumu edilib

17-05-2015

Xakerlərdən dövlət səviyyəsində istifadə olunur

16-03-2009

Əl-Qaidənin onlayn kanalı fəaliyyətini dayandırıb

01-07-2011

Ukraynalı hakerlər Ermənistan Müdafiə Nazirliyinin saytını dağıdıb

01-10-2020

Prezidentin saytına xaker hücumu

01-03-2011

Ermənistanda Xocalı həqiqətlərini yayımlayan sayta giriş məhdudlaşdırıldı

18-01-2010

Ermənistan Gənclər Parlamentinin internet səhifəsi hack edildi

14-03-2009

Erməni səfirliyinin saytı dağıdıldı

01-07-2015

Ermənilər Azərbaycan dilində telekanal açacaq

26-06-2009

Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib-Rəsmi

04-04-2016

AZƏRBAYCAN İNFORMASİYA SAVAŞINDA ERMƏNİLƏRƏ ƏKS-HÜCUMA KEÇİR

18-10-2010

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2018

Mak.az saytının Forumu Ermənilər tərəfindən hack olundu

22-09-2008

Facebook Azərbaycan dili və Problemləri

10-07-2010

Azərbaycan-Ermənistan haker savaşı!

30-07-2009

Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açıb

03-08-2020

Ekspert:Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər

25-04-2022

İnternet imkanlarının köməkliyi ilə Bakı küçələri “erməniləşdirilir”

07-07-2010

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

13-09-2022

Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyini yeni rabitə vasitələri ilə təchiz edəcək

26-09-2018

Ermənilər yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir

28-04-2016

Azərbaycan Mərkəzi Bankı Vətən müharibəsində erməni hakerlərin hədəfi olub

09-12-2021

Ermənilərin 30-dək texniki müşahidə vasitəsi sıradan çıxarıldı

22-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə