Previous Next
Bağla

İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

05-05-2026 17:43
İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

2026-cı ilin yanvar–aprel aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) hüquqi və fiziki şəxslər tərəfindən radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə 350 müraciət daxil olub.

Xeberler.az məlumat verir ki, daxil olmuş müraciətlər üzrə ümumilikdə 16 237 ədəd müxtəlif marka və model avadanlıqla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar nəticəsində 8 539 ədəd radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə verilib. Eyni zamanda, 96 ədəd avadanlıq üzrə qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün icazənin verilməsindən imtina olunub. İmtina qərarları ilə bağlı müraciət sahiblərinə çatışmazlıqlar barədə ətraflı məlumat təqdim edilib.

Bununla yanaşı, 4 müraciət üzrə xüsusi icazə verilməsi üçün aidiyyəti qurumların rəylərinin təqdim olunması gözlənilir. Aparılmış araşdırmalar nəticəsində isə idxal olunmuş 7 553 ədəd avadanlıq üçün xüsusi icazənin tələb olunmadığı müəyyən edilib və bu barədə müraciət sahibləri məlumatlandırılıb.

Eyni zamanda, üç hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında aparılan hüquqi və texniki araşdırmalar nəticəsində 284 ədəd müxtəlif radio avadanlığı üzrə verilmiş xüsusi icazələrin ləğv edilməsi barədə qərar qəbul olunub.

Qeyd olunub ki, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların tənzimlənməsi istiqamətində inzibati tədbirlər davam etdirilir.

Xatırladaq ki, 2024-cü ilin mart ayından İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti istifadəyə verilib ki, bu da müraciətlərin daha operativ və səmərəli cavablandırılmasına şərait yaradır.

Bundan əlavə, 2026-cı ilin ilk 4 ayı ərzində “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən sürətli poçt xidməti ilə bağlı 91 müraciətə baxılıb. Nəticədə 85 ünvan üzrə müraciətlərə müsbət cavab verilib, 6 müraciət üzrə isə mənfi rəy təqdim olunub.

İKTA telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici qurum kimi fəaliyyətini davam etdirərək sahənin inkişafı üçün tədbirlərini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024

Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

09-12-2025

İKTA: 3 ayda radio avadanlıqları üzrə 226 müraciətə baxılıb

15-04-2026

İKTA: 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib

26-01-2026

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

11-07-2025

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

25-06-2025

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

İcazələr aktivləşdirilib

07-07-2020

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

3786 ədəd mobil nömrə daşınıb

21-04-2015

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Nazirliyə müraciət edənlərin sayı artıb

24-10-2015

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib

16-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə