“Nanoelm və nanotexnologiya” kitabı nəşr olunub

04-10-2024 / 11:38

Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun “Nanoelm və nanotexnologiya” kitabı çapdan çıxıb.

Xeberler.az-ın məlumatına görə, İinstitutdan bildirilib ki, nanoelm və nanotexnologiya elmin və sənayenin perspektivli sahələridir. Hazırda həmin sahələrə böyük maliyyə vəsaiti ayrılır və ildən-ilə müvafiq istiqamətdə çalışan alimlərin sayı artır. Bu sahələri gücləndirmək üçün dünyanın aparıcı universitetlərində yüksək səviyyəli kadrlar hazırlanmasına ciddi diqqət yetirilir.

Təqdim olunan kitab universitetlərin kimya, fizika, kimya-texnologiya, materialşünaslıq fakültələrinin tələbələri, doktorantlar, tədqiqatçı alimlər üçün nəzərdə tutulub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə