Previous Next
Bağla

Azərbaycan bu xarici şirkətlə texnoloji layihələr hazırlayacaq

25-04-2018 09:27
Azərbaycan bu xarici şirkətlə texnoloji layihələr hazırlayacaq

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın ən iri elmi informasiya, analitik təhlil və nəşr şirkətlərindən biri olan tanınmış ELSEVIER arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xeberler.az bildirir ki, memorandum Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Elesvier-in vitse-prezidenti Haest Feliks tərəfindən imzalanıb.

Tədbirdə Elsevier-in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru xanım Aliya Ospanova da iştirak edib.

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev elmin inkişafına dövlət qayğısından danışaraq bildirib ki, ölkə alimlərinin qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifə qoyulub.

Bu vəzifənin yerinə yetirilməsində tədqiqatçı alim və mütəxəssislər üçün hər cür şərait yaradılır:

"Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu alimlərin elmi məlumat bazalarına çıxışının təmin edilməsidir. Elmin İnkişafı Fondu bu istiqamətdə öz töhfəsini verməyə çalışır və dünyanın mötəbər nəşriyyatları, akademik qurumları və eyni zamanda, məlumat bazası təqdim edən xüsusi şirkətlərlə əməkdaşlıq əlaqələri qurur. Bu təşəbbüslər Azərbaycanın dünya elminə açıq olduğunu və dünya elminin uğurlarını mənimsəmək istiqamətində qəti addımlar atdığını bir daha təsdiqləyir".

Elesvier-in vitse-prezidenti Haest Feliks Elmin İnkişafı Fondu ilə əməkdaşlığın Elsevier şirkəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb.

O qeyd edib ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş Elsevier sıralarında ScienceDirect, Scopus, Elsevier Research Intelligence və Clinical Key kimi mükəmməl elektron xidmətlərin olduğu veb-bazalı, rəqəmsal həllər və The Lancet və Cell kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir.

Memoranduma əsasən, tərəflər birgə təlimlər, müxtəlif xarakterli tədbirlər keçirəcək, elm-texnologiya, innovasiya və sənaye/biznes arasında əlaqələrin gücləndirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, texnologiyaların transferinə yardımçı olacaq işlərin yerinə yetirilməsində səylərini birləşdirəcək, elmi ekspertiza işinin təşkili, elmi verilənlər bazasının yaradılması, sərgilərin təşkili kimi məsələlərdə əməkdaşlıq edəcəklər.

Dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan SCOPUS və aparıcı məlumat platforması sayılan SCİENCE DİRECT-dən istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri, bu platformalar üzərində son illər ərzində aparılan təkmilləşdirilmə və yeniliklər barədə mütəmadi olaraq məlumat veriləcək, bu elmi şəbəkədən istifadənin Azərbaycan üzrə olan göstəriciləri nümayiş etdiriləcək.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

26-01-2016

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

14-11-2013

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

AzTU “SciVal” elmi-analitik platformasına çıxış əldə edib

19-12-2025

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015

Ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı əhəmiyyətli dərəcədə artıb

27-01-2024

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016

Elmin İnkişafı Fondu 9-cu Mobillik qrantı müsabiqəsini elan edir

04-01-2019

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

Təhsil Nazirliyi Thomson Reuters-lə əməkdaşlıq müqaviləsi imzaladı

22-12-2015

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə qrant müsabiqəsi elan edib

05-09-2013

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

İkinci İKT qrant müsabiqəsinin nəticələri dekabrda açıqlanacaq

14-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə