Previous Next
Bağla

Həmyerlimiz 1 milyon avro investisiya aldı

13-07-2015 17:47
Həmyerlimiz 1 milyon avro investisiya aldı

Hollandiyada yaşayan həmyerlimiz Bəhruz Məmmədovun layihəsi 2.5 milyon avro məbləğində qiymətləndirilib.

Xeberler.az bildirir ki, Diaspor Jurnalistlər Birliyindən verilən məlumata görə, bu günlərdə Bəhruz Məmmədovun həmtəsisçisi və əsas səhmdarlarından olduğu Eurekite  şirkəti ABŞ-ın Cottonwood investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya barəsində müqavilə imzalayıb. 

 Bəhruz Məmmədov gənc yaşında bu uğura imza atmasını belə izah edib: “Eurekite şirkəti Niderlandda yerləşir və Avropanın ən böyük nanotexnologiya institutu olan Mesa+ Nanotexnologiyalar İnstitutunun törəmə şirkətdir. Şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazlar hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. Bir çox şirkət verdiyimiz ideyalar və şirkətimiz haqqında maraqlanıb.
Bir neçə şirkət öz investisiyalarını təklif etsə də, sonda Cottonwood-la anlaşdıq. Cottonwood  investisiya şirkəti tərəfindən qoyulan sərmayə şirkətin beynəlxalq səviyyədə partnyorlar tapmasına və tez bir zamanda məhsulun beynəlxalq bazara çıxmasına zəmin yaradacaq.
İlkin razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ investisiyanın olması gözlənilir. Nanotexnologiya Azərbaycanda inkişaf etməyib, amma çalışacağam ki, şirkət daha da güclənəndən sonra Azərbaycana da öz töhfəmi verim”.

Qeyd edək ki, Bəhruz Məmmədov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub. Karyerasına Buxar şirkətlər qrupunda kimyaçı vəzifəsində başlayıb. 2009-cu ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat şirkətində kimyaçı kimi çalışıb.
Qısa müddətdə Əməliyyat işləri üzrə mühəndis və istehsalat işləri aparıcı mühəndis vəzifəsinə yüksəlib. 2012-ci ildə Niderland Krallığının Twente Universitetində Kimya mühəndisliyi fakültəsində magistr təhsilinə başlayıb.
2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb.
2014-cü ilin oktyabr ayında həmtəsisçi olaraq Eurekite şirkətinin əsasını qoyub. O, hazırda Eurikte şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışır.

Bəhruz Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyub. Diaspor Jurnalistlər Birliyinin (DJB) İdarə Heyətinin üzvü olan B.Məmmədov Azərbaycanla bağlı keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizi uğurla təmsil edir.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nanoelm və nanotexnologiya” kitabı nəşr olunub

04-10-2024

İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar

16-06-2022

“Google” Fransada külli miqdarda cərimələnib

04-09-2025

"Teleradio" İstehsalat Birliyinə baş direktor təyin edilib

25-10-2021

III elmi-texniki inqilab: Nanotexnologiya Azərbaycanda

09-11-2009

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavinlər təyin edilib

29-04-2024

Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

19-06-2014

Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR..

27-02-2024

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

17-09-2021

Nokia Apple-ı izləməyə başladı

31-01-2012

Yerli startap "500 Global"dan 100 min dollar investisiya aldı

16-02-2023

Avropanın aparıcı İnternet mağazaları nə qədər qazanc əldə edib?

22-06-2015

"Delta Telekom" 24 milyon manat xalis mənfəət əldə edib

04-04-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib

06-09-2024

ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

04-08-2015

Avropa İttifaqı “Intel”ə 515 milyon avro ödəyəcək

04-02-2025

"Google" Almaniyadakı layihələrə 5,5 milyard avro ayıracaq

12-11-2025

BANM “Impulse4Women” və IDEA tərəfindən keçirilən hakatonun qalibi olub

14-04-2025

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04-06-2025

Startaplara 73,7 milyon avro ayrılacaq

16-10-2015

Pilotsuz aerotaksi 50 milyon avro cəlb edib

11-09-2019

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021

İntel şirkəti 1 milyard 60 milyon avro cərimə olunub

13-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə