Previous Next
Bağla

Azərbaycan alimləri Stenford Universitetinin 2022-ci ilin reytinq siyahısında

21-10-2022 00:22
 Azərbaycan alimləri Stenford Universitetinin 2022-ci ilin reytinq siyahısında

2019-cu ildən başlayaraq hər ilin oktyabr ayında ABŞ-ın Stenford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Reytinq siyahısı, baş ofisi Amsterdam şəhərində yerləşən, dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan "Elsevier" şirkətinin "Scopus" bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahı aşağıdakı meyarlar üzrə tərtib edilir və iki mərhələdə həyata keçirilir: İlkin seçim məhsuldarlıq göstəricisi əsasında aparılır. Belə ki, 1-ci mərhələdə ən azı 5 məqaləsi "Scopus" bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdəki seçim isə keyfiyyət göstəriciləri əsasında aparılır. Keyfiyyət göstəriciləri dedikdə, istinadların ümumi sayı, özünə istinadlar nəzərə alınmadan istinadların sayı, h-indeksi (Hirş indeksi), hm-indeksi (çoxmüəllifli məqalələr üçün h-indeksi), təkmüəllifli məqalələrə istinadların sayı, birinci müəllifi olduğu məqalələrə istinadların sayı və s. nəzərdə tutulur. Sonra bu göstəricilər əsasında ümumiləşmiş (kompozit) indikator hesablanır və alimlər bu indikatora nəzərən ranqlaşdırılılr. Ranqlaşdırmadan sonra ilk 2%-ə daxil olan alimlərin reytinq siyahısı tərtib edilir. Qeyd etmək lazımdır ki, ranqlaşdırma 22 elm sahəsinin hər biri üzrə ayrılıqda aparılır.

Xeberler.az www.ict.az saytına istinadən bildirir ki, 2022-ci ilin siyahısına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxlu sayda soydaşlarımızın adı daxil edilmişdir. Bu reytinq siyahısında ölkəmizi elm sahəsi üzrə 14 alim təmsil etmişdir ki, onlar da 8 təşkilatın nümayəndəsidir.

Belə ki, informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə ölkəmizi 2 alim təmsil edir. Bu alimlər AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir.

Fizika və astronomiya sahəsində 3 alimin adı bu siyahıya daxil edilmişdir. Bunlardan, fizika elmləri doktoru Sakin Cabarov və fizika elmləri üzrə fəlsəfə doktoru Tural Nağıyev  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), fizika elmləri doktoru Elçin Hüseynov isə Radiasiya Problemləri İnstitutunun əməkdaşıdır.

Kimya sahəsində ölkəmiz 4 alimlə təmsil olunmuşdur. Bunlar akademik Abel Məhərrəmov, kimya elmləri doktorları Kamran Mahmudov və Ataş Qurbanov (hər 3-ü Bakı Dövlət Universitetinin əməkdaşıdır) və Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.

Riyaziyyat sahəsində bu siyahıya Bakı Dövlət Universitinin əməkdaşı, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin adı daxil edilmişdir.

Energetika sahəsində adı reytinq siyahısında olan alimlərimiz, AMEA-nın müxbir üzvü Bağır Süleymanov və texnika elmləri üzrə fəlsəfə doktoru Elçin Vəliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşlarıdır.

Mühəndislik sahəsində ölkəmizi təmsil edən alimlər -  Rəsul Moradi (Rasoul Moradi) Xəzər Universitetində, Con Monhemius (John Monhemius) isə Azərbaycan Beynəlxalq Dağ-Mədən Şirkətində (Azerbaijan International Mining Company Limited) fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnstitutun alimləri Stanford Universitetinin reytinq siyahısına daxil olub

06-10-2025

İnformasiya Texnologiyaları İnstitutunun alimləri ABŞ universitetinin qiymətləndirmə siyahısına düşüb

15-11-2021

Azərbaycanlı alimlər yenidən Stenford Universitetinin ən nüfuzlu elm adamlarının siyahısına düşüb

24-10-2023

Azərbaycan alimləri Stenford Universitetinin reytinq siyahılarında

30-09-2024

Google -da Azərbaycan alimlərinin əsərlərinə istinadların SAYI

23-03-2023

Ötən il Azərbaycanın İKT sektoru və əlaqədar elm sahələri üçün necə yadda qalıb?

19-01-2022

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Ekspress-informasiyanın növbəti sayı işıq üzü görüb

01-06-2009

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının onlayn iclası keçirilib

21-07-2022

“Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” mövzusunda tədbir keçirilib

27-03-2023

Həmyerlimiz qlobal İT konfransa üzv seçilib

07-02-2018

Azərbaycanı İT sahəsində dünyada tanıdan alim - Rasim Əliquliyev

19-01-2023

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

27-02-2019

Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09-09-2020

Bulud resursları ilə bağlı yeni model təklif olunub

28-03-2023

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Azərbaycan İKT ilə bağlı beynəlxalq konfransda təmsil ediləcək

12-09-2017

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

21-11-2020

“Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres başa çatıb

06-07-2021

Azərbaycanlı alimlərin məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib

02-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə