Previous Next
Bağla

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018 10:15
Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Təhsil Nazirliyinin Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi (RUGİM), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Tusi-Bohm Planetariumun birgə təşkilatçılıgı ilə “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutan tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, uşaq və yeniyetmələrdə astronomiyaya dair dünyagörüşün formalaşdırılması onların gələcək inkişafında mühüm rol oynayacaq.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək ölkəmizdə elmin inkişafı istiqamətində dövlət siyasətindən, həyata keçirilən layihələrdən danışıb: “Respublikamızda digər sahələrdə olduğu kimi elm sahəsində də davamlı inkişaf mövcuddur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu hər il müxtəlif elm sahələri üzrə müsabiqə və layihələr həyata keçirir. Məqsəd ölkəmizdə elmin inkişafını və təbliğini təmin etməkdir”.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İlham Səfərli tədbir iştirakçılarına 1987-ci ildə Moskva şəhərində yerləşən Kosmonavtların Hazırlaşdırma Mərkəzinin (Ulduz şəhərciyi) sərgi salonunda nümayiş olunmuş əsərləri haqqında məlumat verib.

Tədbirdə Bakı şəhər məktəblərində yerləşən RUGİM-nin Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş “Kosmosu mənə göstər” müsabiqəsinin video çarxları nümayiş olunub.

Sonda müsabiqədə seçilən 56 məktəbliyə sertifikatlar, həmçinin Azərbaycan Respubli­kasının Prezidenti yanında Bilik Fondunun hədiyyəsi olan “Kosmosu mənə göstər” kitabı təqdim olunub.

Qeyd edək ki, müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər Təhsil Nazirliyi Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin diplomu və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023
Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019
Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024
V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

14-11-2013
V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025
Respublikada olan astronomik cihazlar modernləşdirilir

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016
“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024
 Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018
Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

03-07-2015
BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012
SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

26-01-2016
Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025
Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq  edəcək

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015
VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026
Dövlət Agentliyi Bilik Fondu ilə əməkdaşlığa başladı

Dövlət Agentliyi Bilik Fondu ilə əməkdaşlığa başladı

24-06-2016
AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017
Azərbaycan bu xarici şirkətlə texnoloji layihələr hazırlayacaq

Azərbaycan bu xarici şirkətlə texnoloji layihələr hazırlayacaq

25-04-2018
Yay məktəbinin tələbələri Azərkosmos-da olub

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015
Səmanın görüntüsünü çək, mükafat qazan- Müsabiqə

Səmanın görüntüsünü çək, mükafat qazan- Müsabiqə

12-08-2017
AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə