Previous Next
Bağla

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017 13:56
Şamaxı Astrofizika Rəsədxanasının  saytı yenilənib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, öncə tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev  Azərbaycanda ilk veb-sayt olan science.gov.az-ın tarixi haqqında məlumat verərək onun 1995-ci ildə məhz rəhbərlik etdiyi qurumda fəaliyyətə başladığını bildirib.

O,  qeyd edib ki, son dövrlərdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı Azərbaycanda olan veb-saytların da müasir tələblər əsasında yenidən qurulması zərurətini ortaya qoymuş, akademiya da cəmiyyətin fəal hissəsi kimi bu prosesə qoşulub.

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək institutun mütəxəssisləri tərəfindən hazırlanmış shao.az veb-saytının AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğun hazırılandığını bildirdi. Saytın AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirildiyini qeyd edibş

Sonra institutun sektor müdiri Əfruz Qurbanova shao.az-ın informasiya təminatı haqqında çıxış edib.

O,  bildirib ki, veb-saytda qurumun əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların yerləşdirilməsi Azərbaycanda astronomiya elmi sahəsində əldə olunmuş nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasında mühüm rol oynayır.

Sektor müdiri  saytın “Xəbərlər” bölməsində Rəsədxananın fəaliyyəti, burada təşkil olunan tədbirlər, astronomik hadisələr, yeniliklər, seminarlar, innovativ fəaliyyət, həyata keçirilən layihələr və s. dair məlumatların yerləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra institutun proqramçısı Yusif Sadıyev veb-sayt haqqında ətraflı məlumat verib.

O,  bildirib ki, saytın ana səhifəsi “Rəsədxana haqqında”, “Rəsmi sənədlər”, “Elmi fəaliyyət”, “Elmi-təşkilati fəaliyyət”, “Dissertasiya şurası”, “Elmi nəşrlər”, “Xəbərlər”, “Media” və “Əlaqə” bölmələrindən ibarətdir.

Y.Sadıyev Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək saytın mobil versiyasının da hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış bu resursda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur. Veb-saytda, həmçinin Rəsədxananın əməkdaşlıq əlaqələri, burada keçirilən tədbirlərə, görüşlərə dair məlumatlar əldə etmək və video-görüntülərə baxmaq mümkündür.

Sonra çıxış edən Rəsədxananın direktoru Namiq Cəlilov institut və təşkilatların fəaliyyətinin geniş təbliğində saytların böyük rola malik olduğunu vurğuladı. Bildirdi ki, yüksək peşəkarlıqla hazırlanmış, müasir tələblərə cavab verən yeni veb-sayt Rəsədxananın dünya elminə açılmış bir pəncərəsi rolunu oynamaqla yanaşı, qurumun astronomiya elmi sahəsində meqalayihələrdə iştirakına geniş imkanlar yaradacaq. O, saytın zəruri məlumatlarla təmin olunması və Rəsədxananın fəaliyyətinin operativ işıqlandırılması istiqamətində qurumun əməkdaşları qarşısına xüsusi vəzifələrin qoyulduğunu qeyd edib. 

Rəsədxananın direktor müavini Elçin Babayev çıxış edərək ən son texnologiyaların tətbiq olunduğu veb-saytın ərsəyə gəlməsində göstərdiyi xidmətlərə görə institutun mütəxəssislərinə təşəkkürünü bildirdi, iki qurum arasında əməkdaşlığın bundan sonra inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Sonda Rəsədxananın əməkdaşı Elnur Məmmədliyə shao.az-ın idarə olunması üzrə təlim kursunu başa vurduğuna görə sertifikat təqdim olunub. 

Günel 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

01-02-2019

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

Veb-saytların monitorinqi aparılıb

17-09-2015

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025

Ədəbiyyat Muzeyinin veb-saytı yenilənib

29-09-2016

Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

10-01-2019

Səmanın görüntüsünü çək, mükafat qazan- Müsabiqə

12-08-2017

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı müzakirələr keçirilib

07-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə