Previous Next
Bağla

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019 17:03
Növbəti Kosmos Yay festifalı keçirilib

Xeberler.az bildirir ki, avqustun 24-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR)
IV Kosmos Yay festivalı keçirilib. Düşərgə şəraitində təşkil olunan festivala 50
nəfər kosmos həvəskarı qatılıb.

Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Astronomiya klubu, GEO klub və Kosmologiyanın  birgə təşkilatçılığı ilə reallaşdırılan təşəbbüsün məqsədi, iştirakçıların kosmos haqqında nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi olub.
Festival iştirakçılarını ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f.f.d Ədalət Ətayi qarşılayaraq onları rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki ekspanatlar haqqında ətraflı məlumat verib.

Muzeylə tanışlıqdan sonra iştirakçılar, müəyyən edilmiş düşərgə ərazisinə
aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib. Sonra kamp ərazisindən meşəyə yürüş təşkil edilib. Təbiət gəzintisindən sonra iştirakçılar ŞAR-ın konfrans zalına yollanıb. Konfransda f.f.d Ədalət Ətayi Astronomiya elmi kosmos haqqında maraqlı məruzə ilə çıxış edib. Böyük marağa səbəb olan məruzənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.

Konfransın ardınca ŞAR-ın 2 m-lik teleskopunun binasına aparılan festival iştirakçılarına burada ŞAR-ın əməkdaşı, a.f.d. Orxan Xəlilov tərəfindən teleskopun
tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi tədqiqat işlərinin nəticələri barədə geniş məlumat verilib.

Daha sonra ŞAR-ın elmi işçisi Səbahəddin Alışovun müşayətilə düşərgə iştirakçıları rəsədxananın 70 santimetrlik teleskopunda gecə müşahihədisində olublar. Teleskopla planetlərin müşahidəsindən sonra kamp ərazisinə qayıdan festival
iştirakçıları ilə müxtəlif əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi
dinlənilib, geniş elmi müzakirələr aparılıb.

Sonda festival iştirakçıları, onlar üçün yaradılan şəraitə görə Şamaxı Astrofizika
Rəsədxanasının direktoru, müxbir üzv Namiq Cəlilova öz təşəkkürünü bildirib.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kosmos Yay festifalı keçirilib

16-07-2019

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı müzakirələr keçirilib

07-06-2018

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016

Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

16-04-2016

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024

Səmanın görüntüsünü çək, mükafat qazan- Müsabiqə

12-08-2017

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

04-02-2025

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025

Qubada astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub

28-07-2025

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə