 
 	
						 
 	
 				
Sərfəli mobil operator “Nar” ana dilimizin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə dəstək verməyə davam edir. Şirkət bu dəfə Azərbaycan dili və ədəbiyyatının Türk dünyasında tədqiqinə həsr olunmuş II Beynəlxalq elmi simpoziumun tərəfdaşı olub.
Simpozium Türkiyədə fəaliyyət göstərən yeganə Azərbaycan dili və ədəbiyyatı bölüməsinin 20 illiyinə və Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub. Layihənin məqsədi Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq elmi müstəvidə öyrənilməsini, araşdırılmasını və təbliğini təşviq etməkdir.
Türkiyənin Qars şəhərində keçirilən simpozium Qafqaz Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Xəzər Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə baş tutub. İki gün davam edən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 100-dən çox alim və tədqiqatçı iştirak edib. Onlar Azərbaycan dilinin Türk dünyasında rolu, ədəbiyyatımızın müasir tədqiqat istiqamətləri və dilin qloballaşma şəraitində qorunması kimi mövzularda məruzələrlə çıxış ediblər.
Ana dilinə dəyər vermək və milli kimliyimizin əsas sütunu olan Azərbaycan dilinin yaşadılmasına dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindəndir. Mobil operator bu kimi layihələr vasitəsilə gənc nəsildə ana dilinə sevginin və aşılanması, eləcə də, Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir.


Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “ Nar ” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksək keyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 
 Windows 10-u necə sürətləndirmək olar?
 
 Bizi idarə edən güc: Netokratiya
 
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 
 Facebook müəmması
 
 4G mobil texnologiyası niyə ləngiyir?
 
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 
 Satışa çıxarılmış Azərbaycan adları