Sərfəli mobil operator “Nar” “Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” adlı konfransda korporativ sosial məsuliyyət (KSM) sahəsində milli təcrübənin inkişafı və şirkətlərlə QHT-lər arasında əməkdaşlıq imkanlarının müzakirəsində iştirak edib.
Tədbir Azərbaycan Milli QHT Forumu və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib. Üç gün davam edən tədbirdə aparıcı şirkətlər, banklar, biznes assosiasiyaları və müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı KSM-in sadəcə sosial aksiyalar deyil, biznes idarəetməsinin strateji hissəsi olduğu vurğulanıb. Tədbir çərçivəsində təşkil edilən konfransda “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova şirkətin KSM yanaşması, QHT-lərlə əməkdaşlıq mexanizmləri və layihələrin monitorinqi ilə bağlı təqdimatla çıxış edərək gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, “Nar” KSM fəaliyyətini uzunmüddətli sosial dəyər yaratmağa yönəlik strateji istiqamət kimi inkişaf etdirir. Mobil operator inklüzivlik, təhsilin inkişafı, milli-mədəni irs və vətənpərvərlik sahəsində davamlı layihələrə dəstək verir, regionlarda sosial təşəbbüslərin genişləndirilməsinə xüsusi önəm göstərir. Şirkət QHT-lərlə əməkdaşlığı sosial layihələrin daha səmərəli həyata keçirilməsi üçün mühüm tərəfdaşlıq modeli kimi dəyərləndirir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.





Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları