Nar “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olur

22-04-2020 / 09:25

“Nar” koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan mübarizəyə dəstək məqsədilə zəruri tədbirlər həyata keçirməkdədir. Belə ki, mobil operatorun mütəxəssisləri qısa zaman ərzində “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin mobil operatorla inteqrasiyasına və abunəçilərə fasiləsiz xidmət göstərilməsinə nail olublar.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi sistem “Nar” tərəfindən qısa müddət ərzində test edilib və lazımi tənzimləmələr aparılıb. Nəticədə, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindən ödənişsiz və fasiləsiz yararlana bilirlər.

Eyni zamanda, abunəçilərin "8103" xidməti ilə bağlı yarana biləcək suallarını cavablandırmaq məqsədilə “Nar”, sosial media səhifələrində bir çox faydalı məlumatlar paylaşır. Həmçinin, abunəçi bazasına maarifləndirici SMS məlumatlarının göndərilməsi də təmin olunub.

Koronavirus pandemiyası ilə əlaqədar abunəçilərin sorğularını fasiləsiz cavablandırılması məqsədilə “Nar” müştəri xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda, mobil operator xüsusi karantin rejimində abunəçilərinin evdən çıxmadan bir çox xidmətlərdən yararlanmasına dəstək olub. Abunəçilər öz sorğularını evdən çıxmadan 777 Çağrı Mərkəzi ilə yanaşı, “Nar+” mobil tətbiqi vasitəsilə də ünvanlaya bilərlər. Bununla yanaşı, 02.04.2020 tarixindən etibarən abunəçilər üçün “Səyyar Nar” xidməti də təşkil edilib. Bu xidmət vasitəsilə “Nar” nümayəndəsi müştərinin ünvanına gəlir və nömrə ilə bağlı sorğunu yerində həll edir.

Bundan başqa, mobil operator məsafədən nömrə satışını da həyata keçirir və müştərilərin narsim.az vebsaytı üzərindən seçdikləri nömrə birbaşa evlərinə çatdırılır.

Qeyd edək ki, “Nar” koronavirus pandemiyasının ölkədə yayılmasına qarşı aparılan tədbirlərə dəstək göstərməyi öz sosial məsuliyyəti hesab edir. Mobil operator xüsusi karantin rejimi zamanı həyata keçirilən bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə