Previous Next
Bağla

NASА Marsa planer göndərəcək

01-07-2015 11:53
NASА Marsa planer göndərəcək

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 2020-ci illərdə Marsda gələcək pilotlu missiyaların eniş yerinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan Preliminary Research Aerodynamic Design to Land on Mars (Prandtl-m) aparatının sınaqlarına hazırlaşır.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə agentliyin saytında bildirilir.

Sınaqları 2015-ci ilin yayında keçiriləcək Prandtl-m aparatının hava şarı vasitəsilə 30 km hündürlüyə qaldırılacağı gözlənilir. Burada şəraitin Mars atmosferini xatırlatdığı bildirilir. Kompozisiyalı materiallardan (şüşə lif və ya kömür lif) yaradılan planerin qanadlarının uzunluğu 61 sm, çəkisi 0,5 kq təşkil edir.

Agentlik Prandtl-m aparatının Yer atmosferi şəraitində ümumilikdə üç sınağını keçirməyi planlaşdırır. İlk sınaq zamanı planer kamera, eləcə də Yer atmosferinin böyük yüksəkliklərində şüalanmanın ölçülməsi üçün nəzərdə tutulan radiometr ilə təchiz ediləcək. Prandtl-m-ın 2016-cı ildə keçiriləcək ikinci sınağı planerin sonradan start yerinə dönməklə beşsaatlıq uçuşunu nəzərdə tutur. Həmin vaxt aparatla birlikdə CubeSat peykinin buraxılması planlaşdırılır.

İlk iki sınağı uğurlu olacağı təqdirdə üçüncü dəfə Prandtl-m ilə birlikdə 137 km hündürlükdə Yerətrafı orbitə buraxılan CubeSat peyki sonradan Yerə yaxınlaşdıqca planer 35-33 km hündürlükdə işləməyə başlayacaq.  

Sınaqlar uğurla başa çatsa, NASA-nın 2022-2024-cü illərdə Marsa kosmik aparatla bilikdə Prandtl-m hava gəmisinin buraxılışını təsdiq edəcəyi gözlənilir. Onun Mars atmosferində uçuşu on dəqiqədən az olacaq. Bu vaxt ərzində aparat 600 metr uzaqda olmaqla Marsın üzərindən 32 km hündürlükdə uçmalıdır. Prandtl-m aparatı Qırmızı planetin səthinin fotoşəkilini yüksək təsvir ölçüsündə çəkəcək, əldə olunan məlumatları isə Yerə göndərəcək. Bundan başqa, aparat Marsətrafı orbitə CubeSat 3U peykini buraxacaq.

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NASA-nın aparatı Marsa eniş edib

19-02-2021

ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək

06-05-2015

Marsa uçuş üçün 1 milyard dollar dəyərində saziş imzalanıb

24-11-2015

“NASA” Marsa uçuş vaxtını iki dəfə azaldacaq

08-06-2015

NASA Marsa aparat göndərilməsini təxirə salıb

24-12-2015

Kosmosda hansı ölkənin lider olması məlum olub

15-07-2015

“MAVEN” zondu Mars ətrafında 1000 dəfə dövrə vurub

10-04-2015

NASA Marsa helikopter göndərir

14-05-2018

Yaponiya Mars üçün eniş platforması hazırlayacaq

04-04-2025

Avropa Kosmik Agentliyi Yupiter peykinə kosmik aparat buraxacaq

13-04-2015

NASA Marsın tədqiqi üçün robot-arılar hazırlayır

06-04-2018

BƏƏ Marsa kosmik aparat göndərəcək

07-05-2015

NASA-nın peyk buraxılışı təxirə salınıb

13-11-2025

NASA öz kosmik gəmisi ilə əlaqəni itirib

11-12-2025

NASA Yupiterin peyki Avropada həyat axtaracaq

04-09-2024

Yaponiya 2018-ci ildə Aya ilk kosmik aparat göndərəcək

20-04-2015

NASA “Artemis 3” missiyasını ləğv edib

28-02-2026

“Planer” üzrə sınaq uçuşları keçirilib

22-05-2022

NASA süni intellekt vasitəsilə yeni krater kəşf edib

04-02-2025

İki Mars zondu “Blue Origin” şirkətinin yeni raketi ilə buraxılacaq

11-06-2025

ABŞ Çin ilə kosmik layihədə iştirak etmək istəyir

01-10-2015

Çin kosmosda günəş elektrostansiyası tikəcək

06-04-2015

Ariane 5 raketdaşıyıcısı iki peyklə start götürüb

16-07-2015

“Starship”in prototipini daşıyan raket altıncı sınaq uçuşunu həyata keçirib

20-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə