Nazir Rəşad Nəbiyev Yevlax şəhərində vətəndaşları qəbul edəcək

09-06-2022 / 17:11

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 16 iyun 2022-ci il tarixində saat 10:00-da Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Yevlax şəhəri, Nizami prospekti 61) Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək.

Xeberler.az bildirir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 15 iyun 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə