Rəşad Nəbiyev Saatlıda vətəndaşları qəbul edəcək

28-11-2024 / 15:40

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 dekabr 2024-cü il tarixində saat 09:30-da Saatlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul edəcək.

Xeberler.az bildirir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 4 dekabr 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə