Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 23 may 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edəcək.
Xeberler.az bildirir ki, Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 22 may 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları