İyunun 9-da "Elektron Hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşları ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları arasında görüş keçirilmişdir.
Qurumdan Xəbərlər-ə verilən məlumata görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin "Texniki təchizat və proqram təminatı" şöbəsinin müdiri Qabil Abbasov, Məlumat Hesablama Mərkəzinin "Yeni Texnologiyalar" şöbəsinin müdiri Çəmşid Naxçıvanski, "Veb proqramlaşdırma" şöbəsini müdiri Emin Novruzov və digər mütəxəssislər iştirak etmişdir.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin veb səhifələrində təqdim etdiyi elektron xidmətlərin "Elektron Hökumət" portalına inteqrasiya olunması istiqamətində müzakirələr aparılmışdır. Görüş zamanı inteqrasiya olunacaq xidmətlərin təhlükəsizliyi, istifadə üsullarının portala uyğunlaşdırılması və səmərəliyinin artırılması məsələləri müzakirə edildi. Xidmətlərin portala inteqrasiyası üçün tələb olunan texniki şərtlər MHM-in əməkdaşları tərəfindən izah edildi.
Ç.Naxçıvanski müzakirə zamanı portala qoşulma ilə bağlı texniki tələbləri, xidmətlərin hazırlanması və "Elektron Hökumət" portalına inteqrasiya prosesini, məlumatların ötürülməsi mexanizmini, ortaya çıxa biləcək problemləri və həll yollarını qurum nümayəndələrinə bildirdi.
E. Novruzov artıq portala bundan sonra inteqrasiya olunan xidmətlərin təhlükəsizlik və operativiyi ilə yanaşı, həmçinin dizayn formatının da müvafiq tələblərə uyğunlaşdırılmasının vacibliyini qeyd etdi.
Q. Abbasov MHM-in əməkdaşlarına nazirliyin təqdim etdiyi elektron xidmətlər haqqında ətraflı məlumat verərək, xidmətlərin portala inteqrasiyası zamanı müəyyən imkanların portal tərəfindən yaradılmasını təklif etdi.
Görüşün sonunda MHM-in aidiyyatı mütəxəssislərinin yaxın günlərdə quruma göndərilməsi və ilkin texniki hazırlıqlara başlanması qərara alındı.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri