Hələ ilin əvvəlində Beynəlxalq Yer Dövretmə Xidməti (International Earth Rotation and Reference Systems Service - IERS) iyunun 30-da saat 23:59:59-da dünya vaxt sisteminə yenidən əlavə saniyə tətbiq etmək barədə qərar qəbul edib. Bu yeniliyin bir sıra internet resurslarının, əlavə və əməliyyat sistemlərinin işində fasilələr yaratması da istisna edilmir.
Xeberler.az-ın məlumatına görə, əlavə saniyə artıq 2012-ci ildən tətbiq olunur.
Hələ o vaxt, bu yenilik bir çox elektron xidmətlərin və internet saytlarının, o cümlədən Reddit və LinkedIn şəbəkələrinin fəaliyyətində problemlər yaradıb. Həmçinin aeroportların dispetçer xidmətlərinin və aviabiletlərin sifarişi üzrə servislərin işində fasilələrin yaranması qeydə alınıb.
Ekspertlər xəbərdarlıq edir ki, bu ildə oxşar hadisələrin təkrar olunacağı istisna edilmir. Belə ki, sosial şəbəkələr, bilet sifarişi və digər servislərin işi dayana bilər. Bundan başqa, ekspertlər MySQL serverlərinin, Java, Linux və s. platformaların işində problemlərin yarana biləcəyini ehtimal edirlər. Onların belə qənaətə gəlməsinə səbəb isə bu sistemlərin əlavə vaxt üçün hesablanmamasıdır.
Məlumat üçün bildirək ki, "Saniyə koordinasiyası" dünya üzrə koordinasiya edilmiş vaxta onun UT1 Günəş şkalası ilə uyğunlaşdırılması üçün əlavə olunan saniyədir.
Məsələ ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi də xəbərdarlıqla çıxış edib.
Qurumdan bildirilib ki, Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ziddiyyətlər meydana çıxır.
Dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır.
Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhvlik kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər.
Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri