1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

19-02-2015 / 12:32

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) operatoru olduğu «Elektron hökumət» quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri Azərbaycan və beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində fəaliyyətini bu il daha da təkmilləşdirəcək.

Mərkəzin rəhbəri Nail Mərdanov bildirir ki, statistik uçotun aparıldığı tarixdən- 2012-ci ilin dekabrından 2015-ci ilin yanvar ayının 31-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlara görə, portala ümumilikdə 3 milyon 935 min 775 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 1 milyon 203 min 760 nəfər olub. 

Onun dediyinə görə, 1 milyon 203 min 760 nəfər ümumən 3 milyon 935 min 775 dəfə portala baxıb və 7 milyon 244 min 687 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 15 milyon 843 min 50 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 32 saniyə olub: "Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 30,7 faizini yeni istifadəçilər, 69,3 faizini isə təkrar müraciət edənlər təşkil edib. Yanvar ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 321 min daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 98 min 640 nəfər olub. Həmin şəxslər 1 milyon 285 min 899 olmaqla müxtəlif səhifələrə keçid ediblər, 532 min 785 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 57 saniyə təşkil edib".(hafta.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə