Previous Next
Bağla

Nazirlikdən xəbərdarlıq: “23:58-də kompüterləri söndürməyi unutmayın”

30-06-2015 13:07
Nazirlikdən xəbərdarlıq: “23:58-də kompüterləri söndürməyi  unutmayın”

Hələ ilin əvvəlində Beynəlxalq Yer Dövretmə Xidməti (International Earth Rotation and Reference Systems Service - IERS) iyunun 30-da  saat 23:59:59-da dünya vaxt sisteminə yenidən əlavə saniyə tətbiq etmək barədə qərar qəbul edib. Bu yeniliyin bir sıra internet resurslarının, əlavə və əməliyyat sistemlərinin işində fasilələr yaratması da istisna edilmir.

Xeberler.az-ın məlumatına görə, əlavə saniyə artıq 2012-ci ildən tətbiq olunur.  

Hələ o vaxt, bu yenilik bir çox elektron xidmətlərin və internet saytlarının, o cümlədən Reddit və LinkedIn şəbəkələrinin fəaliyyətində problemlər yaradıb. Həmçinin aeroportların dispetçer xidmətlərinin və aviabiletlərin sifarişi üzrə servislərin işində fasilələrin yaranması qeydə alınıb.

Ekspertlər xəbərdarlıq edir ki, bu ildə oxşar hadisələrin təkrar olunacağı istisna edilmir. Belə ki, sosial şəbəkələr, bilet sifarişi və digər servislərin işi dayana bilər. Bundan başqa, ekspertlər MySQL  serverlərinin, Java, Linux və s. platformaların işində problemlərin yarana biləcəyini ehtimal edirlər. Onların belə qənaətə gəlməsinə səbəb isə bu sistemlərin əlavə vaxt üçün hesablanmamasıdır.

Məlumat üçün bildirək ki, "Saniyə koordinasiyası" dünya üzrə koordinasiya edilmiş vaxta onun UT1  Günəş şkalası ilə uyğunlaşdırılması üçün əlavə olunan  saniyədir.

Məsələ ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi də xəbərdarlıqla çıxış edib.

Qurumdan bildirilib ki, Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı  ziddiyyətlər meydana çıxır.

Dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır.
 
Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhvlik kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər.
 
Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir. 

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İyunun 30-da kompüterlərin 5 dəqiqəlik söndürülməsi tövsiyə olunur

24-06-2015

Nazirlik Azərpoçt xidmətini dayandırdı

01-07-2015

Əlavə saniyə dünya İnternet şəbəkəsinə necə təsir göstərib?

03-07-2015

Saatlar geri çəkilməlidirmi?-Nazirlikdən xəbərdarlıq

30-10-2016

Yaponiya alimlərinin yeni kəşfi

25-02-2015

Vyanada xakerlərə qarşı mübarizə müzakirə olunur

02-06-2015

E-Hökumət portalına 763 min daxilolma qeydə alınıb

09-06-2015

Ermənistanın milli ödəniş sistemində nasazlıqlar yaranıb

25-08-2025

"Elektron Hökumət" portalının istifadəçilərinin sayı 32% artıb

16-01-2015

Süni intellekt spam və fişinq məktubları blok edir

07-06-2017

Windows 10 İnternetin sürətini zəiflədə bilər

30-07-2015

“ChatGPT” ən çox ziyarət edilən beşinci sayt olub

15-05-2025

1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

19-02-2015

Aeroportda kompüterdə nasazlıq uçuşları təxirə salıb

18-11-2015

Azərbaycanda daxili internet şəbəkənin yaradılması planlaşdırılır

26-02-2015

3 milyondan çox istifadəçi “Elektron hökumət” portalına daxil olub

13-01-2015

İstifadəçilər narazılıq edir-Kompüterlər açılmır

11-01-2018

NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid Yerə doğru hərəkət edir

12-02-2021

Şəbəkələrin günəş partlayışının təsirindən mühafizəsinə dair proqram qəbul edilib

10-11-2015

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Windows sistemi ilə işləyən kompüterlər təhlükə altındadır

24-09-2018

RYTN-dən yay vaxtının ləğvi ilə əlaqədar tövsiyələr

18-03-2016

Portala daxil olanların statistikası açıqlanıb

11-09-2015

İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar yaranıb

05-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə