Nazirliyin “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı azalıb

04-06-2015 / 10:53

May ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-"Çağrı mərkəzi"i 8 mindən çox müraciəti cavablandırıb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Xəbərlər-ə verilən məlumata görə, ötən ay mərkəzə 8029 müraciət daxil olub.

Məlumatda bildirilib ki, müraciətlərin 3214-ü (40,03%) sosial təminat, 2126-ı (26,47%) əmək qanunvericiliyi, 1204-ü (15%) nazirliyin elektron xidmətlərindən istifadə, 838-i (10,44%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 647-i (8,06%) məşğulluq məsələləri üzrə olub. "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 7438-i (92,6%) qeyd olunan məsələlərə dair sorğulardan ibarət olub və həmin sorğularla əlaqədar vətəndaşlara müvafiq məsələlərə dair hüquqi izahatlar verilib.

Digər müraciətlərdə isə əmək, məşğulluq, sosial təminat məsələləri ilə əlaqədar təklif və şikayətlər ifadə olunub ki, həmin müraciətlər müraciət vərəqəsi əsasında araşdırılmaq üçün nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib.

May ayında 142-"Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı aprel ayı ilə müqayisədə 21,58% azalıb. O cümlədən müraciətlərdə azalma sosial təminat məsələləri üzrə 21,60%, əmək qanunvericiliyinə əməl olunması məsələləri üzrə 18,76%, nazirliyin elektron xidmətlərindən istifadə məsələləri üzrə 23,98%, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə 20,86% və məşğulluq məsələləri üzrə 26,39% faiz təşkil edib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə