Previous Next
Bağla

NETTY-2017-nin qalibləri-Siyahı

10-06-2017 10:18
NETTY-2017-nin qalibləri-Siyahı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə NETTY – Azərbaycan Milli İnternet Mükafatı 13-cü dəfə qaliblərinə təqdim olunub.

Bu barədə Xeberler.az-a NRYTN-dən məlumat verilib.

Dünən keçirilən tədbirdə qeyd edilib ki, NETTY mükafatının Azərbaycanın ən yaxşı veb-layihələri, informasiya texnologiyaları sahəsində  mütərəqqi xadimlərini üzə çıxardığı qeyd edilərək builki nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsinin həyata keçirilib.

Daha sonra,  Ekspert Şurası (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir.

www.netty.az saytının hər bir ziyarətçisi Facebook və ya Twitter-də öz sosial profilinin məlumatlarından istifadə edərək, Virtual Münsiflər Heyətinin üzvü ola və müsabiqənin nominantları seçimində iştirak edə bilər. Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır.  NETTY Akademiyasında isə Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslər təmsil olunur.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar (“Azərbaycan”, “Dövlət saytı”,  “Elm və təhsil”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis sayt”,  “Korporativ sayt”, “Elektron Kommersiya sahəsində ən yaxşı sayt” “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”) üzrə Azərbaycanda ən yaxşı saytlar seçilir.

Qeyd edək ki, cari ildə “Əyləncə” nominasiyası ləğv edilib, eyni zamanda sosial şəbəkələrə istiqamətləndirilmiş iki yeni nominasiya (“Sosial şəbəkələrdə ilin adamı” və “Sosial şəbəkələrdə ilin şirkəti”) əlavə olunub.

Müsabiqə çərçivəsində fəxri nominasiyalar (“İlin proqramı”, “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi” və “İlin İT hadisəsi”) üzrə də mükafatlar verilir. “İlin İT hadisəsi” nominasiyası üzrə iddiaçıların ərizələrinin təhlili nəticəsində həmçinin “İlin İT şirkəti” nominasiyasında nominantlar və qalib müəyyən edilir.

“NETTY” çərçivəsində bu il ilk dəfə “İlin İT meneceri” nominasiyası müəyyən edilib. Bu nominasiyada  ölkənin İT departamentlərinin ən yaxşı rəhbərləri (təşkilatın fəaliyyət sahəsindən asılı olmayaraq) müəyyən edilir.

Beləliklə, ən uğurlu milli veb saytlarının və layihələrin adları təqdim edirik:

  • “Servis sayt” nominasiyasında – www.lalafo.com
  • “Elektron Kommersiya sahəsində ən yaxşı sayt” nominasiyasında – www.zoomagazin.az
  • “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi”  nominasiyasında – ADA Universitetinin informasiya məsələləri üzrə rəhbəri Rahid Ələkbərli
  • “İlin İT hadisəsi” nominasiyasında – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  təşəbbüsü ilə “Baktelekom” tərəfindən reallaşdırılan  “İctimai İnternet” layihəsi

 

 Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NETTY 2016-ya ərizə qəbulu başlayıb

16-03-2016

NETTY 2016-nın qalibləri açıqlandı

20-05-2016

Azercell İT bazarın inkişafına dəstəyi davam etdirir

12-06-2017

Netty 2012 qaliblərinin adları açıqlanıb

22-06-2012

Nar NETTY-2018 -ə dəstək olub

16-04-2018

NETTY2019 nominantları müəyyən edir, seçim prosesi başladı

24-05-2019

Nar-ın dəstəyilə keçirilən NETTY-2018 mükafatının qalibləri bəlli oldu

11-06-2018

Nar rəqəmsal inkişafa öz töhfəsini verməyə davam edir

20-06-2019

NETTY2019 ərizələrin qəbulunu davam etdirir və suallara cavab verir

30-04-2019

“NETTY 2015”-in nominantları müəyyən edilib

06-05-2015

NETTY2019 nominantları müəyyən edilib

03-06-2019

Nar rəqəmsal inkişafa öz töhfəsini verməkdə davam edir

08-07-2019

Netty 2010 Milli İnternet mükafatı sahiblərinə təqdim edildi

18-05-2010

NETTY 2019 müsabiqəsinə start verildi

19-04-2019

NETTY 2016 nominantları müəyyən edilib

10-05-2016

Nar NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

18-04-2019

“NETTY 2009” Milli İnternet Müsabiqəsi başlayır

03-02-2009

NETTY 2009-un qalibləri müəyyənləşdi

18-05-2009

Nar-ın dəstək verdiyi müsabiqənin nominantları müəyyən edilir

22-05-2018

Netty 2012 Milli İnternet Mükafatı start verib

12-04-2012

ASAN Viza-nın facebook səhifəsi NETTY2019-un qalibi olub

22-06-2019

NETTY 2009-un nominantları elan edildi!!!

07-05-2009

NETTY- Milli İnternet Müsabiqəsi başa çatıb

21-05-2015

Bakı Ali Neft Məktəbinin tələbələri"NETTY-2021"Mükafatına layiq görülüblər

06-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə