“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

06-11-2025 / 11:46

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin təşkili üzrə işlər sürətlə davam edir

Xeberler.az məlumat verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Maliyyə naziri bildirib ki, bu istiqamətdə işlər yekun mərhələsindədir: “Bu elektronlaşma dövlət maliyyəsinin elektron idarə edilməsinə, insan faktorunun minimuma endirilməsinə, büdcə xərclərinin optimallaşdırılmasına imkan verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev 25 avqust 2025-c il tarixli fərmanına əsasən, Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılmalıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə