Gənclərə və idmana aid layihələr icra edən “Nar” və “Zirə” Peşəkar Futbol Klubu arasında sponsorluq və əməkdaşlığa dair müqavilə imzalanıb.
Artıq komandanın formasında, ev oyunlarının keçirildiyi meydançanın kənarında “Nar” loqosunu görmək mümkün olacaq. Əsas məqsəd “Zirə” PFK-ya dəstək olmaq, futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirməkdir.
Qeyd edək ki, “Zirə” Peşəkar Futbol Klubu 2014-cü ildə təsis edilib. “Qartallar” 1 dəfə Azərbaycan Premyer Liqasının gümüş medallarına sahib olub, 1 dəfə isə ölkəmizi UEFA Avropa Liqasında təmsil edib. Komanda elə ilk cəhddə avrokuboklarda mərhələ adlamağa nail olub.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri