Nokia 17 ildən sonra 3310 telefonunu təqdim etdi-Video

27-02-2017 / 10:44

Məlumat verdiyimiz kimi, dünəndən İspaniyanın Barselona şəhərindən Mobil Dünya Konqresi ( MWC) başlayıb.

MWC-də dünya texnologiya şirkətləri öz yeni məhsullarını təqdim edir.

Bir müddət əvvəl qeyd etdiyimiz kimi, dayanıqlığı ilə populyarlıq qazanan bir vaxtların məşhur telefonu Nokia 3310 yaxın vaxtlarda yenidən bazarda satışa çıxarılacağı gözlənili. Belə ki, bu telefonun MWC-də təqdim ediləcəyi bildirilirdi.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Nokia 3310-nun yenilənən versiyasını17 il sonra MWC 2017-də təqdim edib.

17 il sonra yenidən qarşımıza çıxan Nokia 3310 bu dəfə daha incə və müasir dizayna sahib bir formada təqdim edilib.

Belə ki, 2.4 düymlük ekranı olan Nokia 3310 bu dəfə tək bir rəng yerinə birdən çox rənglə qarşımıza çıxır.

Tam dolu şarjla 22 saata qədər danışmaq imkanı verən telefonda yenə əfsanə Snake (İlan) oyununun yenilənmiş versiyası var.

Qeyd edək ki, 3310-nun satış qiyməti isə 49 avrodur.

Günel

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə