Previous Next
Bağla

Nokia yoxsulların qayğısına qalır

05-11-2008 17:22
Nokia yoxsulların qayğısına qalır

Nokia texnoloji geriliyə müharibə elan edərək inkişaf etməkdə olan ölkələrə yeni marketinq strategiyası hazırlayır. Şirkət bəzi ölkələrdə ucuz  telefonlar satışa buraxacaq. Telefonların dalınca isə Nokia bir neçə İnternet-servis elan edir ki, onların da qiyməti baha olmayacaq. Yeni məhsulların qiyməti çox güman ki, 25-90 avro arasında dəyişəcək. Təchizat artıq bu ilin sonundan başlayacaq, təqdim olunması isə 2009-cu ildə baş tutacaq.

Şirkətin vitse-prezidenti Robert Anderson söyləyir ki, hələ 2002-ci ildə Nokia inkişaf etməkdə olan ölkələr üçün ucuz telefonlar istehsal etmişdi.
Mobil telefon istifadəçiləri İnternetdən istifadə edərək yeni məlumatlar, xəbərlər və əyləncəyə çıxış əldə edəcəklər. Telefondan istifadənin sadəliyi Nokia-ya inkişaf etməkdə olan ölkələr bazarında uğur qazanmağa imkan verəcək. Nokia-dan ilk mobil servis abunəçilərə elektron poçtla işləməyə və kənd təsərrüfatının informasiya portalına daxil olmağa kömək edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə