Previous Next
Bağla

Azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır

14-10-2024 11:11
Azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının  yaradılması üçün əlavə tədbirlər hazırlanır

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərimizə köçürülən və köçürüləcək şəxslər üçün yeni məşğulluq imkanlarının yaradılması məqsədilə əlavə tədbirlər hazırlanır. Sosial tərəfdaşlarla işin gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi həmin tədbirlər arasındadır.

Xeberler.az məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı keçirilən infosessiyada bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda sakinlərin sosial dəstək, həmçinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunmasının başlıca vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə əlavə tədbirlərin icrası həmin ərazilərdə məşğulluq imkanlarının artırılmasına, dayanıqlı məskunlaşmaya xidmət edəcək.

İnfosessiyada həmçinin özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məqsədilə klasterlərin təşkili və proqram üzrə istehsalat və xidmət zərfləri üzrə rəqəmsal monitorinqlərin keçirilməsi təklifləri müzakirə edilib.

Klasterlərin yaradılmasında məqsəd vətəndaşlar üçün zəruri olan xidmətlərin eyni məkanda cəmlənməsi, gəlirliliyə müsbət təsir etməsi və qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır.

Özünüməşğulluq proqramının istehsalat və xidmət zərfləri üzrə monitorinqlərin rəqəmsal və elektron müstəviyə keçirilməsi təklifi də nəzərdən keçirilib.

Bu elektronlaşdırmanın idarəetmənin optimallaşdırılmasına, əməkdaşların iş yükünün azaldılmasına, monitorinq proseslərində effektiv, innovativ və data əsaslı hesabatlığın təmin olunmasına imkan verəcəyi qeyd edilib.

İnfosessiyada Agentlik tərəfindən görülən işlər və qarşıda duran digər hədəflər müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

21-12-2021

104 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

15-12-2022

“E-əmək birjası” platforması yaradılır

12-09-2020

Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edildi

30-04-2022

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

Ağalı kənd sakinlərinin məşğulluğu üçün dəstək tədbirləri hazırlanıb

19-07-2022

“Məşğulluq” altsistemi vətəndaşlara məşğulluq xidmətlərinə elektron qaydada müraciət imkanı yaradacaq

04-07-2019

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022

Şuşada növbəti əmək yarmarkası keçirilib

07-04-2025

Əmək münasibətləri üzrə rəqəmsal həllərin tətbiqi genişlənir

06-03-2025

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

Azərbaycanda əmək münasibətləri sistemində yenilik

05-05-2022

Məşğulluq altsistemində necə qeydiyyatdan keçmək olar?

24-04-2019

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30-01-2026

DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu 8 beynəlxalq mükafatla təltif edilib

13-05-2022

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır

12-03-2026

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Azərbaycanda dördüncü Karyera İnkişaf Forumu keçirilir

19-12-2024

Nazirlik və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

21-09-2018

“Məzunların məşğulluq reytinqi” platforması mükafatlandırılıb

31-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə