Previous Next
Bağla

Okampo Azərbaycana qarşı dezinformasiya kampaniyası başladıb

04-05-2026 13:49
Okampo Azərbaycana qarşı dezinformasiya kampaniyası başladıb

Minval Politika BMT Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun süni intellektdən (Sİ) istifadə etməklə Azərbaycana qarşı qaralama kampaniyası keçirmək planları ilə bağlı video və audio yazılarını dərc etməyə davam edir.

Xeberler.az bildirir ki, bu ifşalardan belə nəticə çıxır: söhbət "dəyərlərdən" və "prinsiplərdən" deyil, erməni lobbisinin, Avropa siyasətçilərinin və rusiya-erməni biznes dairələri ilə bağlı maliyyə axınlarının iştirakı ilə qurulmuş təzyiq sistemindən gedir.

Paralel olaraq Okamponun maliyyə yemliyi sxemi də üzə çıxır: əvvəlcə pullar erməni mənbələrindən daxil olurdu, sonra əsasən Rusiyadan olan varlı diasporanın sponsorlar qrupu qoşuldu. Onların arasında Samvel Karapetyan və Ruben Vardanyan var. Əsas prinsip - anonimlik və qapalı sxemlər vasitəsilə iş görmək.

Bundan əlavə, ayrı-ayrı fraqmentlər birbaşa Ermənistanın daxili proseslərinə müdaxiləyə - hətta hakimiyyət dəyişikliyi ssenarilərinin müzakirəsinə qədər işarə edir.

İfşaların yeni mətn deşifrəsini təqdim edirik:

Luis Moreno Okampo: "Və mənim üçün növbəti addım bunu süni intellekt platformasında necə təşkil etməyə baxmaqdır və bunu lazımi qaydada etməkdir. Ona görə də mən San-Paulo Universitetinin fizika fakültəsi ilə süni intellektlə bağlı bir layihə üzərində işləyirəm. İndi isə İspaniyada bu cür şirkətlərin fəaliyyətində iştirak edən dostlarımla bir neçə gün keçirdim. Biz erməni layihəsinin süni intellektdən istifadə edən şirkət üçün necə pilot layihə olduğunu müzakirə edirdik".

Luis Moreno Okampo: "Əgər biz bu barədə danışacağıqsa… bu tamamilə başqa bir şeydir. Mən sizi qorxutmaq istəmirəm, amma mən çox şeylə məşğulam. Mən həmçinin Braziliyadakı San-Paulo Universitetinin professoruyam. Mən fiziklə işləyirəm - fizika sahəsində. Əsasən biz müasir fizikadan... və süni intellektdən istifadə edirik ki, qlobal nizamı və qlobal nizamsızlığı modelləşdirək və təşkil etməyə çalışaq. Beləliklə, Braziliya bu işi maliyyələşdirir. Bunun üzərində işləyən superkompüterlərimiz var. Və əvvəlcə biz yaxşı fokuslandıq, əvvəldə dedik: "gəlin bütövlükdə qlobal nizamla məşğul olaq". Sonra dedik: "yox, bu çox mürəkkəbdir, gəlin soyqırımla məşğul olaq". Sonra isə bildirdik ki, "gəlin Qarabağla məşğul olaq", çünki məndə çoxlu məlumat var. Biz Qarabağ üzərində işləyirik. Hal-hazırda mən buna akademik məhsul kimi baxıram, bu akademik layihədir və mən ondan maksimum fayda əldə etməliyəm. Ona görə də mən burada istehsal etdiyimiz məlumatı qərar qəbul edən siyasətçilərə çatdıran bir şeyə çevirən transsərhəd şirkət yaratmağa çalışıram. O, daha görünən olmaq üçün əsas kütləvi informasiya vasitələrinə, sosial şəbəkələrə çatmalıdır. O, həmçinin möhkəm, köklü olmaq üçün digər alimlərə çatmalıdır".

Naməlum həmsöhbət: "Amma siz süni intellektdən istifadə edən proqram hazırlayırsınız?".

Luis Moreno Okampo: "Bəli, bəli".

Naməlum həmsöhbət: "Çünki proqramlar mövcuddur, qərar qəbul edən şəxslərə məsləhət vermək üçün bir araya gələn analitik mərkəzlər mövcuddur, bu çoxdan mövcuddur".

Luis Moreno Okampo: "Bəli, bəli".

Redaksiyanın sərəncamına düşən yazılarda o, artıq fəaliyyətini yeni səviyyəyə çıxarmağa çalışdığını gizlətmir – süni intellektdən istifadə etməklə. Söhbət bütöv bir təsir infrastrukturunun yaradılmasından gedir, burada "akademik layihə" siyasətçilərə, mediaya və beynəlxalq institutlara təzyiq alətinə çevrilir.

Əslində söhbət informasiya və siyasi hücumları sənayeləşdirmə cəhdindən gedir – onları "elmi" qabığa bükməkdən və texnologiyaların köməyi ilə miqyaslandırmaqdan.

Bu deşifrələrdən belə nəticə çıxır ki, Okampo və onun şərikləri Azərbaycana qarşı dipfeyklərin və digər texnoloji manipulyasiya alətlərinin iştirak etdiyi mexanizmləri yerləşdirməyi planlaşırırdılar.

Beləliklə, Okampo artıq sadəcə erməni lobbisti deyil, hibrid əməliyyatın "memarı"dır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: Mən süni intellektdən istifadə etmirəm

19-07-2025

“İnternet ancaq uşaqlar üçün məhdudlaşdırıla bilər”

13-03-2013

“Azərbaycanda “facebook” təhlükəsi var”

11-03-2013

Donald Tramp süni intellektdən qorxduğunu etiraf edib

26-03-2025

“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

26-01-2021

Startapın uğur əldə etməsi məkandan asılıdırmı?

20-04-2015

Milli Məclis: Niyə İKT sahəsinə güzəştlər təklif etməmişik?

19-12-2022

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010

BMT rəsmisi: "Rəqəmsal transformasiyanın risklərini nəzərə alaraq bərpa planları hazırlanmalıdır"

04-09-2024

Müdafiə Nazirliyindən ermənilərin xaker hücumu iddiasına cavab

24-04-2015

Azərbaycanın regional elmi mərkəzə çevrilməsi üçün geniş imkanları var

05-11-2009

Azərbaycanəsilli astronavt: "Süni intellektdən istifadə kosmik tədqiqatları asanlaşdıracaq"

06-10-2023

Aina Zadabek: Jurnalistlər süni intellektdən düzgün istifadə etsələr, medianın inkişafına böyük təsir edər

20-07-2025

TikTok satılsa, ABŞ Çinə qarşı tətbiq olunan rüsumları yumşaldacaq

27-03-2025

Oqtay Əsədov bloggerlərin həbsinə münasibət bildirdi

20-11-2009

Bizə qarşı informasiya müharibəsi aparılır.

17-04-2012

Erməni porno-ulduzu Twitter-də təbliğata davam edir

21-12-2010

“Uğurları çox olan şagirdlərlə bağlı sosial şəbəkələrdən məlumat alırıq”

14-04-2016

Azərbaycan hökuməti süni intellekt strategiyasının hazırlanması ilə məşğuldur

08-07-2019

BMT süni intellektin uşaqlara təhlükələri barədə xəbərdarlıq edir

02-02-2026

«Azərbaycanda 3G-nin tətbiqi sahəsində irəliləməyə hazırıq»

28-08-2009

Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək adlı dəyirmi masa keçirilib

20-09-2019

“Facebook Sizi ananızdan daha yaxşı tanıyır”-Müsahibə

16-04-2018

MTV-Azərbaycan açılmayacaq

11-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə