Previous Next
Bağla

Azərbaycan hökuməti süni intellekt strategiyasının hazırlanması ilə məşğuldur

08-07-2019 17:09
Azərbaycan hökuməti süni intellekt strategiyasının hazırlanması ilə məşğuldur

Bakıda səfərdə olan ABŞ-ın “Microsoft” korporasiyanın qlobal texno strateqi Frenk Kolevart, şirkətin gömrük və ticarət işləri üzrə direktoru Con Bescek və “Microsoft Azerbaijan”ın dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov təmsil etdikləri korporasiyanın Azərbaycandakı fəaliyyəti və beynəlxalq aləmdə baş verən proseslər və onların qlobal bazara təsirləri ilə bağlı fikirlərini bölüşüblər. Xeberler.az müsahibəni təqdim edir:  

- Öncə ondan başlayaq ki, “Microsoft” hazırda Azərbaycanda fəaliyyətini genişləndirməkdən ötrü nə edir?

Frenk Kolevart“Microsoft Azerbaijan”ın qlobal texno strateqi

- “Microsoft” şirkəti Azərbaycan hökuməti ilə əməkdaşlığa və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müştərək işləməyə hazırdır. Azərbaycan hökümətinin əsas məqsədlərindən biri regionda iqtisadiyyat və logistika perspektivi üzrə mərkəz, yəni “hub” olmaqdır. Biz texnologiya şirkətiyik. Sizin hökümətinizin isə öz missiyaları var. Və biz komanda şəklində işləyirik ki, həmin missiyaları yerinə yetirək və bizim platformanın imkanları çərçivəsindəki ən yaxşı texnoloji həlləri yaradaq . “Microsoft” süni intellekt, blokçeyn, IoT kimi texnologiyaları təklif edir. Onlar dövlətlərə tez və xüsusi yatırım etmədən xidmətlərdən istifadə şansı yaradır.

- Süni intellekt artıq mövcuddur. Bəs sizin qarşınıza qoyduğunuz, hədəfiniz olan süni intellekt necədir?

- Biz “Microsoft” olaraq insanların süni intellektdən yararlanmasını istəyirik. Biz əmin olmaq istəyirik ki, insanlar öz ölkələrinin inkişafından mümkün qədər çox yararlana bilsinlər. Süni intellekt buna öz töhfəsini verir. Süni intellekt ilə əşyalarda, tibdə, ictimai nəqliyyatda, ağıllı şəhərlərin yaranmasında, müştəri xidmətlərində, gömrükdə, logistikada qarşılaşırıq. Xüsusilə gömrük prosedurlarının daha ucuz və daha asan başa gəlməsində süni intellekt əvəzedilməzdir. Çünki gömrük dövlətin aparıcı qüvvəsidir. Biz gömrüyün daha effektiv, məhsuldar çalışmasına yardım etməklə, həm də vətəndaşların həyatının yaxşılaşmasına öz töhfəmizi vermiş oluruq.

Gömrük sahəsində “vahid pəncərə” sistemi tətbiq olunur. “Vahid pəncərə” dedikdə, gömrük xidmətində idarəçilik sistemi, risklərin idarə olunması təcrübəsi və tarif sisteminin vahid mərkəzdə birləşdirilməsi və tətbiqi nəzərdə tutulur. Biz məlumatları rəqəmsallaşdırırıq. Kağız üzərindəki məlumatları məlumat bazasına köçürürük. Məlumatların toplanması ilkin mərhələdir. İkinci mərhələdə bizim əlimizdə çoxlu sayda toplanmış məlumat olur. Söhbət milyonlarla sənəddən gedir. Süni intellekt bu məlumatları ayırd edə və uyğun məlumatları avtomatik olaraq təklif edə bilər. Sığorta və vergi rüsumları ödənilibmi, məhsul mənzil başına çatıbmı tipli məlumatlar “vahid pəncərə”də toplanır. Və artıq bu sistemi tətbiq edən müxtəlif ölkələr var.

- ABŞ monopoliyasına qarşı olaraq Huawei şirkəti öz platformasını yaradacağını açıqladı. Bu başqa yeni paltformaların yaradılmasına zəmin yaradırmı?

- Bəli, biz də Amerika şirkətiyik, amma bizim Avropa, Asiya, Afrika ölkələrində məlumat bazalarımızın yerli mərkəzləri var və biz həmin ölkələrin milli nizamlama siyasəti əsasında çalışırıq. İkincisi, biz dünyada ən böyük açıq mənbə (hər kəs üçün açıq olan, paylaşdırıla və modifikasiya oluna bilən orijinal proqram kodu) tətbiq edən şirkətik. Biz məhsullarımızı da açıq mənbə əsasında təkmilləşdiririk və bu da öz növbəsində həmin təcrübəyə öz töhfəsini verir.

“Microsoft”u digər şirkətlərdən əsas fərqləndirən cəhət açıq mənbədən istifadə etməyindədir. Biz cəmiyyətə yaratdığımız proqram təminatlarını açıq mənbə kimi təklif edirik. Bundan başqa, biz məlumat toplanması və saxlanmasının daha çox “bulud” (cloud computing) sisteminə cəmləşmişik. Çünki o böyük, limitsiz və ucuzdur. Bizim “bulud” sisteminə əsaslanan Azure Stack və Azure Data Box kimi müasir həllərimiz var. Bunlar “bulud”-un kiçik versiyalarıdır. Siz bundan dövlət məlumat mərkəzlərində istifadə edə bilərsiniz. Bu açıq “bulud” texnologiyası vasitəsilə siz öyrənə, öyrəndiklərinizi yoxlaya və əgər hər şey düzgündürsə, onu öz qurumlarınızın açıq istifadəsinə verə bilərsiniz.

- “Microsoft” piratçılığın qarşısını almaq üçün nə kimi həllər təklif edir?

- Bizim piratçılığa qarşı hazırda təklif etdiyimiz “bulud” əvvəlki versiyalarla müqayisədə daha effektivdir. Çünki öncəki versiyalarda siz ödəniş etməliydiniz. Hazırda isə bu sizin istifadənizdən asılıdır. Həmçinin siz 1 lisenziya aldıqda onu 5 cihazda tətbiq edə bilərsiniz. Bu həm daha effektiv, həm də daha ucuzdur. Beləliklə, siz daha asan yolla özünüzü piratçılıqdan və lisensiyasız məhsullardan qoruya bilərsiniz.

- “Microsoft” öz kripto-valyutasını yaratmaq barədə düşünürmü? Və ümumiyyətlə blokçeyn texnologiyası “Microsoft”da necə tətbiq olunur?

- Blokçeyn “Microsoft” üçün xüsusi əhəmiyyət daşıyır və biz ona çoxlu investisiya yatırmışıq, amma düşünmürəm ki, bizim nə vaxtsa, öz kripto-valyutamızı yaratmaq kimi niyyətimiz olsun. Bununla belə, biz blokçeynin müsbət tərəflərini görmüşük və onu müştərilərimizin istifadəsi üçün platforma və tətbiqimizdə istifadəsini mümkün etmişik. Blokçeynin hər hansı proqram və ya platformaya yerləşdirilməsi olduqca çətindir, amma biz bu yerləşdirməni istifadəçilərimiz üçün asanlaşdırmışıq.

Blokçeyndə təkrarlanan, bölüşdürülə bilən və sinxronizə olunan rəqəmsal məlumatların müxtəlif ölkələr, qurumlar, müxtəlif coğrafiyalar üzrə yayılmasını təmin edən texnologiyalar var ki, biz bunların arasında seçim eləmirik, onların hamısını qəbul edirik, heç bir texnologiyaya etiraz etmirik. Və burada seçim artıq istifadəçiyə görə dəyişir. Biz burada idarəçilik təbəqəsini əsas götürürük. Əgər sizin kripto-valyutanız varsa, yaxud seçki keçirtmək istəyirsinizsə, və ya ticarət əməliyyatınız varsa, bu zaman istənilən texnologiyadan istifadə edə bilərsiniz. Bəzən hətta bir deyil, bir neçə texnologiyadan istifadə zərurəti yarana bilər. Onlardan bəzilər

i köçürmələr üçün, bəziləri isə kripto-valyutalar üçün əlverişlidir. Biz təbəqəni yaradırıq və siz ehtiyacınıza uyğun olaraq ordan texnologiyanı seçirsiz və işinizi görürsüz. Biz həmçinin blokçeyn texnologiyasının daha geniş tətbiqi üçün müəyyən həllər yaratmışıq. Bunlardan biri də seçkidə istifadə olunan dəyişilməz login texnologiyasıdır. Və bu texnologiyadan istifadə zamanı səs vermiş vətəndaş səs verdiyini inkar edə bilmir, çünki onun səsvermə dataları disklərə yazılır. Bu dataların bir üstünlüyü var ki, heç kəs girib həmin məlumatları silə və ya dəyişdirə bilməz.

Biz blokçeyni həmçinin şəxsiyyətin müəyyənləşdirilməsində geniş istifadə edirik. Bilirsiniz ki, Avropa hazırda qaçqın problemini ilə üzləşib. Bura köç edən insanların şəxsiyyətini təsdiq edən hər hansı sənədləri olmur. Qaçqınları qəbul edən Avropa ölkələri onlara şəxsiyyətlərini təsdiq edən sənədi vermək üçün blokçeyn texnologiyasından istifadə edir. Qaçqınlar şəxsiyyətlərini təsdiq edən sənədi bitkoin formasında əldə edirlər. Bitkoin şəxsin smartfonunda yerləşdirilir. Daha sonra qaçqın düşmüş şəxs treyninq keçir, gəldiyi ölkənin dilini öyrənərək sertifikat alır və nəticəni bitkoin şəxsiyyət vəsiqəsi ilə birləşdirir və 6 ay ərzində işləyir. Bu müddət bitdikdən sonra onun dil və iş bacarıqları bitkoin şəxsiyyət vəsiqəsində cəmlənir. Biz inanırıq ki, bu texnologiya gələcəkdə bir çox ölkələrə yardım edəcək və fiziki şəxsiyyət vəsiqələrinin aradan qalxmasına səbəb olacaq. “Microsoft” hazırda bitkoin şəxsiyyət vəqisələrini daha geniş areala yaymaq üçün BMT ilə birlikdə ID2020 layihəsi çərçivəsində çalışır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

30-09-2025
Anjelika Layr: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"

Anjelika Layr: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"

11-09-2024
Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir

Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir

11-06-2019
AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

03-06-2026
AppLab iştirakçıları üçün seminar keçirilib

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018
Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010
“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

15-09-2017
AWS: Azərbaycanla birgə işləmək potensialımız yüksəkdir

AWS: Azərbaycanla birgə işləmək potensialımız yüksəkdir

17-12-2025
Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak etdi

Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak etdi

19-06-2019
Microsoft: “Biz piratçılığın qarşısını almaq iqtidarında deyilik”

Microsoft: “Biz piratçılığın qarşısını almaq iqtidarında deyilik”

22-10-2008
Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018
Yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə olunacaq

Yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə olunacaq

12-06-2019
Microsoft Azərbaycan universitetlərində laboratoriya açmaq istəyir

Microsoft Azərbaycan universitetlərində laboratoriya açmaq istəyir

12-12-2018
Microsoft İsrailin bulud xidmətlərinə çıxışını dayandırıb

Microsoft İsrailin bulud xidmətlərinə çıxışını dayandırıb

26-09-2025
Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018
Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018
Fariz Cəfərov: “4SIM Azerbaijan” süni intellektin böyük dil modellərinin tətbiqi üzərində işləyir

Fariz Cəfərov: “4SIM Azerbaijan” süni intellektin böyük dil modellərinin tətbiqi üzərində işləyir

10-09-2024
Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015
Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017
Bakcell Qəbələdə daha bir mərkəz açdı

Bakcell Qəbələdə daha bir mərkəz açdı

28-09-2018
Nokia: Tezlik verilərsə, Azərbaycanda 5G infrastrukturunu reallaşdıracağıq

Nokia: Tezlik verilərsə, Azərbaycanda 5G infrastrukturunu reallaşdıracağıq

10-03-2025
Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018
Microsoft  Azərbaycan bazarına yeni İT həllər gətirir

Microsoft Azərbaycan bazarına yeni İT həllər gətirir

24-12-2015
Microsoft Yahoo!-nu almaq niyyətində deyil – Stiv Balmer

Microsoft Yahoo!-nu almaq niyyətində deyil – Stiv Balmer

07-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə