Ölülər smartfon vasitəsilə “diriləcək”

07-03-2017 / 10:25

Cənubi Koreya şirkətlərindən biri dünyasını dəyişmiş insanları “diriltməyə” imkan verən mobil proqram hazırlayıb.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, söhbət olduqca real görünən üçölçülü avatarların yaradılmasından gedir. Bu ideya layihə müəllifi Yen Yun Limin ağlına nənəsinin ölümündən sonra gəlib.

“Ölmüş insanların üçölçülü surətləri ilə ünsiyyət qurmaq və selfi çəkdirmək artıq mümkündür”, – deyə bildirən Y.Lim proqramın saxta olmadığını qeyd edib.

Hazırda proqram olduqca populyardır. İstehsalçılar gələcəkdə smartfonlara skan texnologiyasını inteqrasiya etməyi planlaşdırırlar. Bunun sayəsində istifadəçilər vəfat etmiş yaxınlarının 3D-surətini mütəxəssislərə müraciət etmədən yarada biləcəklər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə